Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
395

Bakıda kitabxanaların əməkdaşlığı genişlənir

İyulun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin mütəxəssisləri ADA Univerisiteti Kitabxanasının iş təcrübəsi ilə tanış olmuşlar.

Kitabxananın direktoru texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov gələn kitabxanaçılara rəhbərlik etdiyi kitabxana haqqında maraqlı və ətraflı məlumat verdi.

ADA Universitetinin Kitabxanası müasir texnologiyalar infrastrukturuna malikdir. Bu kitabxana ABŞ-ın Konqres Kitabxanası və Amerika Kitabxana Assosiasiyasının standartları bazasında fəaliyyət göstərir. Burada  bütün informasiya proseslərinin avtomatlaşdırılması və inteqrasiyasını dəstəkləyən "Millennium" Kitabxana Menecment Sistemi (həmçinin: inteqrasiya olunmuş kitabxana sistemi, Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi) tətbiq edilir.    

Hazırda kitabxananın əsas fondunu ingilis, Azərbaycan, rus və s. dillərdə olan 44 min 600  nüsxə çap/fiziki resurslar təşkil edir, burada 37 adda çap dövri mətbuat fondu da mövcuddur.

 Oxuculara 500 mindən çox elektron kitablardan, müxtəlif tammətnli elmi dövri mətbuat bazalarından istifadə təqdim edilir. Kitabxanada bütün resursların  inventarlaşdırılması  və təhlükəsizliyinin qorunması üçün RFID texnologiyasından istifadə edilir. Kitabxanada eyni zamanda istifadəçilərin ixtiyarına 40 ədəd kompüter təqdim edilir.

Onlayn Elektron Jurnalların Verilənlər Bazası  46 adda 38.207 dövri mətbuatı əhatə edir. Burada  82 adda Elektron dərslik var. ADA Kitabxanası dərs sessiyaları zamanı həftədə 68 saat , yay tətilləri zamanı isə həftədə   45 saat açıqdır.

Bu günki  görüş zamanı kitab mübadiləsi və əməkdaşlıq haqqında ADA Universiteti Kitabxanası və Yasamal rayon MKS-i arasında ilkin razılıq əldə edilmişdir.

Yasamal rayon MKS-inin kitabxanaçıları ADA Universiteti Kitabxanasının Toplu kataloqda yerləşən kitab təsvirlərindən istifadə edə bilirlər.

ADA Universteti Kitabxanasına Yasamal rayon Mərkəzi Kitabxanası tərəfindən «Культура и культурные шедевры Азербайджана –уникальное послание будущим поколениям»,    “Gənclər –İnnovasiyalar –Kitabxanalar” Azərbaycan –Rusiya Elmi –praktiki konfransın materialları” («Молодежь –Инновации –Библиотеки» материалы азербайджанско –российской Научно –практической конференции) kitablar hədiyyə edilmişdir.

XƏBƏRLƏR

20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib
18.10.2018 10:56
“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir
18.10.2018 10:49
Qazax rayon MKS tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 09:29
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018 17:48
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu
17.10.2018 16:44
Rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi keçiriləcək
17.10.2018 12:06
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
17.10.2018 10:14
Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
17.10.2018 09:12
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
16.10.2018 19:24
İlk maarifçi qadınlarımızdan Sona Axundova-Qarayevaya həsr olunan kitabın təqdimatı keçirildi
16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib