Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1154

Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bədii film ssenariləri müsabiqəsinin formatını və miqyasını genişləndirmək, daha çox kinematoqrafçının iştirakı təmin etmək məqsədilə müsabiqədə iştirakla bağlı şərtlərə bəzi əlavələr edilmişdir:

  • Müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər;
  • İştirakla bağlı yaş məhdudiyyəti yoxdur;
  • Müsabiqədə iştirak üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur; 
  • Müsabiqədə iştirak üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər may ayının 1-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin Münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadəyə, ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir;
  • Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər;
  • Müsabiqənin kino mütəxəssislərindən ibarət Münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır;
  • Qaliblərin adları 2019-cu il mayın 20-dək Nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanır;
  • Qalib ssenarilərə dövlət sifarişi ilə cari və növbəti illərdə filmlər çəkilir;
  • Bu Reqlamentin tələblərinə cavab verməyən ssenarilərə baxılmır.
  • Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

XƏBƏRLƏR

21.04.2019 14:58
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimində iştirak edib
20.04.2019 12:30
Kinorejissor, Xalq artisti Tofiq İsmayılovun 80 illiyi qeyd olunacaq
20.04.2019 11:26
Tbilisidə Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş rəsm sərgisi açılıb
20.04.2019 10:05
Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin təqdimatı keçirilib
19.04.2019 16:55
Polşanın Krakov şəhərində akademik Yusuf Məmmədəliyevin barelyefinin təntənəli açılışı mərasimi keçiriləcəkdir
19.04.2019 16:03
III Respublika Xalq Teatrları Festivalının növbəti mərhələsi İsmayıllıda keçirilmişdir
19.04.2019 15:20
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19.04.2019 11:36
IV Buktreyler Festivalının Münsiflər Heyəti öz işinə yekun vurdu
19.04.2019 10:11
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
19.04.2019 09:17
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
18.04.2019 17:47
“Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi
18.04.2019 16:39
Respublika Gənclər Kitabxanasında “Tarixi abidələrimizi qoruyaq” adı altında dəyirmi masa keçirilib
18.04.2019 16:31
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Budapeştdə Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək
18.04.2019 16:28
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18.04.2019 16:23
Gəncə Dövlət Universitetində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib
18.04.2019 16:16
Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunub
18.04.2019 12:13
Milli Kitabxanada “18 aprel – Tarixi abidələrin mühafizəsi günüdür” adlı kitab sərgisi açılıb
18.04.2019 12:11
Özbəkistanlı qonaqlar İsmayıllıda silsilə görüşlər keçirəcək
18.04.2019 11:14
“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir
18.04.2019 11:00
“Creative Business Cup” startap proqramının ölkə finalı keçirildi
18.04.2019 09:39
Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq
18.04.2019 09:05
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub
18.04.2019 09:03
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.2019 17:38
“Sumqayıt-70” layihəsi çərçivəsində yaradılan “Günəşim” kukla tetarının təqdimat mərasimi keçirilib
17.04.2019 16:28
Azərbaycanda “IMAGINE” Avropa Tolerantlıq Festivalı təşkil olunacaq
17.04.2019 11:56
Xaçmazda Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib
17.04.2019 11:34
Özbəkistanın “Dunyo Boylab” telekanalında “Qafqaz mirvarisi – Azərbaycan” adlı geniş veriliş yayımlanıb
17.04.2019 11:07
Tovuzda III Respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi və xalq yaradıcılığı kollektivlərinə baxış keçirildi
17.04.2019 11:04
X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcəkdir