Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
870

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əkrəm Məmmədlinin yubiley gecəsi keçirilib

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində ustad tarzən, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin 75 illik yubiley və yaradıcılıq gecəsi keçirildi.
Yaradıcılıq gecəsi videorolik şəklində Naxçıvan mahnı və rəqs ansamblının ifasında Əkrəm Məmmədlinin “Naxçıvan süitası”, Cahangir Cahangirov və Tofiq Quliyevin “İlk bahar” musiqilərinin nümayişi ilə başladı. Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov qeyd etdi ki, Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğul olur. Onun “Tar üçün qamma və oppedçiolar”, “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir.
“Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, muğamlarımızın və yallılarımızın nota köçürülməsində Əkrəm Məmmədlinin xidmətləri böyükdür.
Milli Məclisin deputatı Fazil Mustafa ustad tarzənin yaradıcılığı haqqında məlumat verdi: “Mən çox şadam ki, bu axşam Əkrəm Məmmədlinin yubiley gecəsinə yüzlərlə insan yığışıb. Əkrəm Məmmədlinin zəngin yaradıcılığını bir neçə sözlə ifadə etmək qeyri- mümkündür. O, gənc tarzənlərin yetişdirilməsi üçün müəllimliklə yanaşı, tədris vəsaitlərinin yazılmasında da fəal iştirak edir. Əkrəm Məmmədlinin özünün dediyi kimi bu kitabların yazılmasında əsas məqsəd tar musiqi alətində ifa edənlərin texniki imkanlarının cilalanmasına, kamilləşməsinə kömək etməkdir. Söz yox ki, bu kitablar orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli və gərəkli vəsait kimi əhəmiyyət kəsb edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova və Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açdılar.
Daha sonra Xalq artisti Samir Cəfərov, əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi Cəfərov, Nuriyyə Hüseynova, Muğam Müsabiqəsinin laureatı Sərxan Bünyadzadə və gənc xanəndə Rəvanə Qurbanova tərəfindən musiqi ifaları təqdim olundu.
Xalq artisti Şəfiqə Eyvazova möhtəşəm kamança ifası ilə tədbir iştirakçılarının zövqünü oxşadı.

Sonda Əkrəm Məmmədli çıxış edərək əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

 

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir