Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1432

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində təşkil olunan növbəti tədbir Qusar şəhərində yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük sevinclə qarşılanıb.

Qusar şəhəri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan festival çərçivəsində bayram tədbirinin keçirildiyi 13-cü bölgədir. İyun ayından start verilən festivala bundan əvvəl Masallı, Lənkəran, Salyan, Sabirabad, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı, Füzuli rayonunun Horadiz şəhəri və Ağdamın Quzanlı qəsəbəsi ev sahibliyi edib.

Avqustun 3-də Qusar şəhərinin mərkəzindəki General Mahmud Əbilov adına meydanda təşkil olunan tədbirin əvvəlində bölgələrimizin mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin nümayiş etdirildiyi sərgi təqdim olunub. Regional mədəniyyət idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlər və qonaqların marağına səbəb olub.

Festivalın açılış mərasimində bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Tədbirin əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə ölkəmizin bütün bölgələrini əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaratdığını vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin təbliği istiqamətində mütəmadi layihələr icra olunur. 2010-2014-cü illərdə reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqram çərçivəsində beş il ərzində, ümumilikdə, 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, ilboyu çoxsaylı tədbirlər keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib.

2015-2016-cı illərdə Nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə həyata keçirilib, konsert və sərgilər təşkil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev müsahibəsində belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. “Azərbaycanın şimal bölgəsi geniş turizm imkanlarına malikdir. Bu regionun qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Bu möhtəşəm yaradıcılıq festivalının yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq”, - deyə N.Ağayev bildirib.

Çıxışlardan sonra regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

 

XƏBƏRLƏR

20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib
18.10.2018 10:56
“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir
18.10.2018 10:49
Qazax rayon MKS tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 09:29
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018 17:48
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu
17.10.2018 16:44
Rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi keçiriləcək
17.10.2018 12:06
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
17.10.2018 10:14
Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
17.10.2018 09:12
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
16.10.2018 19:24
İlk maarifçi qadınlarımızdan Sona Axundova-Qarayevaya həsr olunan kitabın təqdimatı keçirildi
16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib