Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
724

Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub

Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub İyunun 17-də görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovun (1933-2019) vəfatının 40-cı günü münasibətilə sənətkarın 1-ci Fəxri xiyabanda məzarı ziyarət olunub. Mərhumun məzarı üzərinə əklil qoyulub, tər çiçəklər düzülüb.
Mərasimdə Arif Məlikovun uzun illər çalışdığı Bakı Musiqi Akademiyasının (BMA) əməkdaşları, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Anım mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bəstəkarın sənət yolundan danışdı, onun yaradıcılığı yüksək qiymətləndirib. “Arif Məlikov böyük bəstəkar idi. Onun hər bir əsəri şedevr idi.
Xalq musiqisi əsasında böyük simfoniyalar yaratmışdı. Mən əminəm ki, onun ənənələrini gələcəkdə tələbələri layiqincə davam etdirəcək. Xoşbəxtəm ki, onunla birlikdə çalışmışam. Bəstəkarlar dünyasını dəyişsə də, onların musiqisi əbədi yaşayır”, - deyə rektor bildirib.
BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə Arif Məlikovun ictimai fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, görkəmli bəstəkar bir deputat, ictimai xadim kimi Azərbaycan xalqının haqq səsinin dəstəklənməsinə böyük töhfələr verib.
Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev böyük sənətkarın tələbələrindən olması ilə fəxr etdiyini deyib. Bildirib ki, Arif Məlikov tələbələrinə həmişə qayğıkeş münasibət bəsləyib: “Bəstəkarın musiqisini dinləyərkən, mümkün deyil ki, onun sehrinə düşməyəsən. Bütün əsərləri mükəmməl idi. Çünki bu əsərlərin daxilində Arif müəllimin qanı və canı ilə yoğrulmuş böyük bir şəxsiyyətin dühası var”.
Xatırladaq ki, dahi bəstəkar 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1948-1951-ci illərdə Bakı Musiqi Texnikumunda oxuyub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alıb.
Arif Məlikovun musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il may ayının 9-da vəfat edib.

XƏBƏRLƏR

21.09.2019 13:51
Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub
21.09.2019 12:30
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
21.09.2019 10:58
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edəcək
20.09.2019 18:43
Dövlət Xidmətinin rəisi Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb
20.09.2019 18:05
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.09.2019 17:31
“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib
20.09.2019 14:56
Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert təqdim olunub
20.09.2019 11:54
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
20.09.2019 11:46
Şəhər və rayonlarda vətəndaşların növbəti qəbulları keçirilib
20.09.2019 10:53
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olundu
20.09.2019 09:17
Qax rayonunda III Bal bayramı keçirilib
20.09.2019 09:06
Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub
20.09.2019 09:03
“Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olundu
19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur