Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2074

“Cəhənnəm sakinləri” Sumqayıtda

Azərbaycanda “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına start verilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Mayın 12-də axşam saatlarında Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında festivalın milli mərhələsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəhər sənətsevərlərinə Elçinin “Cəhənnəm sakinləri” əsərini təqdim edib.

Əvvəlcə teatrın baş rejissoru, Əməkdar Artist Firuddin Məhərəmmov festival haqqında məlumat verib. Bildirilib ki, festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində: Sumqayıtda, Xırdalanda, Lənkəranda, Mingəçevirdə, Xaçmazda, Yevlaxda, Ağdamda, Bərdədə, Ağstafada, Zaqatalada, İsçayıllıda və Göygöldə olduqca rəngarəng repertuarda tamaşalar nümayiş etdirəcək. Festivalın beynəlxalq mərhələsində isə İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edəcək.

Sonra Sumqayıt səhnəsində Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri təqdim olunub. Səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq Artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa 1937-ci ildə milli fəlakət və bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Azər Dadaşovun musiqisindən istifadə olunduğu tamaşada Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.

Maraqlı səhnə dekorasiyası və aktyorların çıxışı tamaşanı daha da baxımlı edib. Səhnə əsəri sumqayıtlılar tərəfindən maraqla qarşılanıb.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi