Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
570

“Creative Business Cup” startap proqramının ölkə finalı keçirildi

Aprelin 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2019 startap proqramının ölkə finalı keçirildi. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə gerçəkləşdi.

Qeyd etmək lazımdır ki, proqramın açılışı cari ilin 21fevral tarixində baş tutmuşdur.  Proqramda yaradıcı sənayelər sahəsini əhatə edən startaplar iştirak edə bilərdi. Proqrama 168 ideya müraciəti arasından 19 startap seçilib və CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzrə keçirilən ikigünlük intensiv kampda iştirak ediblər. Sonra komandalar 5 həftəlik ölkədaxili koçinq sessiyalarından keçib. Burada ekspertlər tərəfindən “Creative Business Cup”ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyərək layihələrin ilkin işlək versiyası ilə ölkə finalına qatılıblar.

Final tədbirində komandalar münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar etdilər. Sonda nəticələr belə oldu:

 

1-ci yer: “BrailleTeach” layihəsi – görmə məhdudiyyəti olan uşaqlara əlifbanın öyrədilməsi üçün cihaz;

2-ci yer: “Climasel”  layihəsi – memarlıqda istifadə etmək üçün evlərdə hərarəti stabil saxlamağa yönəlmiş material;

3-cü yer: “İmaginary” layihəsi – filmin kadrı əsasında film adını, treylerini və digər məlumatları tapmaq üçün tətbiq;

Digər təqdimatlar arasında böyük sahələri rəngləyən robot, uşaqlar üçün əyləncə videoları layihəsi, milli komiks layihəsi, onlayn futbol meneceri və s. vardı.

Qeyd edək ki, Creative Business Cup 70 ölkədə keçirilir. Hər bir ölkənin qalib startap komandası dünya finalında bir yerə toplanacaq və dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcəklər. Startapımız dünya finalında 70-dən çox ölkədən min nəfərlik bir proqramda ölkəmizin uğuru üçün yarışacaq.

 

XƏBƏRLƏR

19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir