Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
492

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

İyunun 10-da Dərbənddə Bakı Uşaq Teatrının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi ili-Nəsimi dili” kompozisiya- tamaşası təqdim olunub.

Uşaq Teatrının bu qədim şəhərə qastrol səfəri Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının (ADDT) və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvətilə baş tutub. Dram Teatrının direktoru Firdovsi Əsgərov, quruluşçu rejissoru Yaqut Xandadaşova, Dərbənd Şəhəri Dairəsi Administrasiyasının başçısının müavini Vidadi Zeynalov, şəhər mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli qastrola gəldiklərinə, öz sənətkarlıqlarını nümayiş etdirdiklərinə, Nəsimi poeziyasına bir daha dalmaq imkanı yaratdıqlarına görə Bakı Uşaq Teatrının kollektivinə minnətdarlıqlarını bildiriblər.

F.Əsgərov Dərbəndlə mədəni əlaqələrinə verdikləri töhfəyə görə Uşaq Teatrının direktoru İntiqam Soltana və kollektiv üzvlərinə  təşəkkürnamə təqdim edib.

İ.Soltan öz növbəsində direktor F.Əsgərova, baş rejissor Sərvər Əliyevə, Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abasova, aktyor Sərxan Səmədova, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə diplomlar təqdim edib.

Tədbir tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu ilin aprelində Bakıda  Bakı Uşaq Teatrı tərəfindən görkəmli şair və mütəfəkkir İ.Nəsiminin yubileyi münasibətilə keçirilən beynəlxalq “Nəsimi ili – Nəsimi dili” festivalında müxtəlif ölkə və şəhərlərin teatr kollektivləri, o cümlədən Dərbəndin Azərbaycan Dövlət Dram Teatrı da iştirak etmişdi.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu