Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
558

Forumun daha bir sessiyası gənclərin məşğulluğu və peşə təhsili mövzusuna həsr edilib

Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən növbəti sessiyada “Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar” mövzusunda geniş müzakirələr aparılıb.

Sessiyanın moderatoru, BMT-nin Terrorla Mübarizə İdarəsinin aparat rəhbəri Sevil Əlirzayeva təmsil etdiyi qurumun gənclərin peşə təhsili və innovativ yanaşmalara münasibəti istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, BMT-nin Terrorla Mübarizə İdarəsi tərəfdaş dövlətlərlə birgə iş aparır.

Gənclərin məşğulluğu ilə bağlı reallaşan bütün proqramlarda təbliğat üçün medianın rolundan da istifadə olunmasının vacibliyini vurğulayan natiq deyib ki, gənclər cəmiyyətin fəal üzvləri olmaqla yanaşı, həm də daha çox xarici təsirlərə məruz qala bilən hissəsidir. Gənclərin maarifləndirilməsində onların ekstremist təsirlərdən qorunması üçün mənimsədikləri elmi biliklər xüsusi əhəmiyyət kəsb edir. Bu, həm onların məşğulluğunun təmin olunması, həm də terrorla mübarizə istiqamətində vacib məqamlardan biridir.

O vurğulayıb ki, BMT-nin Terrorla Mübarizə İdarəsi gənclərin məşğulluğunun təmin olunması, eləcə də ayrı-seçkiliyə, terrora qarşı mübarizə istiqamətində qlobal və regional layihələr həyata keçirmək üçün tərəfdaş ölkələrlə mütəmadi əməkdaşlıq edir.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb. Dünyada ksenofobiya və ayrı-seçkiliyin geniş yayıldığına diqqət çəkən F.Cəfərov ölkəmizdə hər zaman tolerantlığa, multikultural dəyərlərə hörmətlə yanaşıldığını deyib.

“Azərbaycan terroru yaşamış ölkədir. Biz bunun nə olduğunu çox yaxşı bilirik. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə yanaşı, ölkəmizdə bu dövlət tərəfindən bir neçə dəfə terror aktı törədilib. Biz terroru hər vəchlə pisləyirik və ona qarşı mübarizənin bütün üsullarını dəstəkləyirik”, - deyə icraçı direktor bildirib. O əlavə edib ki, rəhbəri olduğu qurum gənclərin maarifləndirilməsi və onlarla bağlı dövlət proqramlarının icrasında yaxından iştirak edir.

Daha sonra UNESCO-nın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad mövzu ilə bağlı fikirlərini bildiriblər. Onlar dünyada gənclərin peşə təhsilinin inkişafı və terrorizmlə mübarizə baxımından belə forumların əhəmiyyətini qeyd ediblər.

Daha sonra sessiya ekspertlər paneli ilə interaktiv dialoq şəklində davam edib.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi