Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
490

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Nağaddin Məmmədov 22 may 2019-cu ildə, 52 yaşında vəfat etmişdir.

Nağaddin Ağarıza oğlu Məmmədov 1967-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1987-ci ildə Gəncə Dövlət Kukla Teatrına işıqçı kimi qəbul edilmiş, sonra 2-ci dərəcəli aktyor, 1991-ci ildən 1-ci dərəcəli aktyor, 1998-ci ildən aparıcı səhnə ustası kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar artist adına layiq görülmüşdür.

N.Məmmədov teatrda işlədiyi müddətdə 100-dən artıq  tamaşada yaddaqalan obrazlar yaratmışdır. M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”ında Məstəli şah , “Xırs quldurbasan”da Tarverdi, M.Hüseynzadənin “Büllur qəsr”ində Qara Div, N.Gəncəvinin “Xeyr və Şər”ində Şər və s. obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Aktyor 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində “Şərq xalqları kukla teatrlarının festivalı”, 1996-cı ildə Kutaisidə (Gürcüstan) “Beynəlxalq kukla teatrlarının festivalı”, 1999, 2001, 2003-cü illərdə İzmirdə “Kukla və kölgə oyunları festivalı”, 2004-cü ildə Bursada “Beynəlxalq Qaragöz kukla və kölgə oyunları festivalı” (Türkiyə), 2005-ci ildə Bolqarıstanın Tarqovişte şəhərində “Sehrli pərdə uşaq tamaşaları festivalı” və digər festivallarda iştirak etmişdir.

Eyni zamanda fəal ictimaiyyətçi idi. Gəncə şəhər tədbirlərində keçirilən mədəni-kütləvi tədbirlərdə bir sənətçi kimi yaxından iştirak etmişdir.

Allah rəhmət eləsin.

 

 

 

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb