Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
579

Görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin xatirəsinə həsr olunmuş vokal musiqi axşamı keçirildi

7 noyabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirəsinə həsr olunmuş vokal musiqi axşamı keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza  Bayramov açmışdır.

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz  Hüseynova və Bakı Akademiyasının  nəzdində  Məktəb  Studiyasının elmi işçisi, sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru Aytən İbrahimova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan danışmışlar. Onların çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

Tədbir Bakı Musiqi Akademiyasının doktorantı, vokalçı Rüfət Piriyevin və Akademiyanın vokal kafedrasının laborantı, vokalçı Güllü Məmmədovanın ifalarında Tofiq Quliyevin sevilən mahnılarından  ibarət rəngarəng konsert proqramı ilə davam edilmişdir.

Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Xuraman Qasımova əvəzolunmaz Tofiq Quliyev haqqında danışmış, ifaçıları təbrik etmişdir.

Tədbirdə Binəqədi rayonu YAP-nın nümayəndəsi Sevinc Abdullayeva çıxış etmiş, Rüfət Piriyevə təşəkkürnamə təqdim etmişdir.

XƏBƏRLƏR

23.05.2019 16:13
Tanınmış rəssam Vədud Müəzzinin Bakıda növbəti fərdi sərgisi açıldı
23.05.2019 16:11
“Balaca Şahzadə” dörd dəfə nümayiş olunacaq
23.05.2019 16:00
Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunan elektron məlumat bazasının təqdimatı keçirildi
23.05.2019 15:52
Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir
23.05.2019 11:36
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
23.05.2019 11:10
Musiqili Teatrda 60-cı dəfə “O olmasın, bu olsun” nümayiş olunacaq
23.05.2019 10:45
Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada konsert proqramı ilə çıxış edib
23.05.2019 10:30
Qusarın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb
23.05.2019 10:23
Musiqili Teatr geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq
23.05.2019 09:31
Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
23.05.2019 09:29
Nizami Kino Mərkəzində “Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edilib
23.05.2019 09:28
Əfsanəvi qarmon ifaçısına həsr olunmuş kitab təqdim edilib
22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib