Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1250

Həsən Məmmədovun 80 illik yubileyi Salyan şəhərində təntənəli şəkildə qeyd olundu

Xalq artisti, görkəmli aktyor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan rayonunda qeyd edildi. Salyan şəhər 2 saylı tam orta məktəbində keçirilən yubiley mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Məktəbin akt zalında təşkil olunan mərasimdə ilk olaraq Həsən Məmmədovun həyat və yaradıcılığından, oynadığı rollardan bəhs edən videoçarx nümayiş olundu.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək tədbir iştirakçılarını salamladı. Bildirdi ki, Həsən Məmmədov Azərbaycan kinosunun “qızıl fondu”nu təşkil edən filmlərdə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı obrazlarla mədəniyyət xəzinəmizi zənginləşdirib. Onun yaratdığı bir çox qəhrəmanlar tamaşaçılara yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri də Xalq artisti, unudulmaz aktyor Həsən Məmmədovdur. O, 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub, burada 2 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyor sənətinə böyük marağı olan Həsən Məmmədov universitetdən çıxaraq bir müddət müxtəlif teatrlarda çalışıb, sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, tələbəlik illərində müəyyən fasilələrlə Azərbaycan Radiosunda fəaliyyət göstərib.

Nazirin birinci müavini qeyd etdi ki, Həsən Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun aktyorluq kursunu 1962-ci ildə bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən etibarən teatrda fəaliyyəti ilə bərabər “Azərbaycanfilm” kinostudiyasında filmlərdə çəkilib, milli kinomuzun ən maraqlı və yaddaqalan ekran əsərlərində yer alıb: “Həsən Məmmədov "Böyük dayaq"da Qaraş, "Arşın mal alan"da Əsgər, "Gün keçdi" filmimdə Oqtay, "Arxadan vurulan zərbə"də Qəmərlinski, "Birisi gün gecə yarısı"nda Baba Əliyev, "İstintaq"da Murad, "Dədə Qorqud"da Dədə Qorqud, "Axırıncı aşırım"da Abbasqulu ağa Şadlinski, "Yeddi oğul istərəm"də Bəxtiyar və s. rolları ilə Azərbaycan kinosunun “qızıl fond”unu təşkil edən obrazlar qalereyasını yaradıb. O, 50-dən çox filmdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı rollarla geniş tamaşaçı rəğbəti və sevgisi qazanıb”.

Vurğulandı ki, aktyorun çəkildiyi ekran əsərləri bu gün də böyük maraqla izlənilir. Xalq artisti Həsən Məmmədov "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, "Birisi gün gecə yarısı" ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Vaqif Əliyev vurğuladı ki, bütün sahələrdə olduğu kimi, dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və gənc nəsillərə təbliği, onun görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi, günümüzdə ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı mühitlə əhatə olunması və onların qayğılarına diqqətlə yanaşılması ilə bağlı çoxsaylı təqdirəlayiq işlər görülür və görülməkdədir. Müvafiq dövlət proqramları, ölkə başçısı tərəfindən mədəniyyətin müxtəlif  sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsə, incəsənətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir. Bununla əlaqədar cari ildə görkəmli mədəniyyət, incəsənət xadimlərimiz – Qara Qarayev, Bülbül, Həsənağa Turabov, Mehdi Məmmədov, Mikayıl Müşfiq, İsa Muğanna, İmran Qasımov, Aşıq Şəmşir və başqa sənətkarların yubileyləri, həmçinin Azərbaycan kinosunun yaranmasının 120 illiyi, Mingəçevir Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi təntənəli şəkildə qeyd edilib. Milli kinonun tərəqqisi, müasir standartlara cavab verən film istehsalı sahəsinin formalaşdırılması daim dövlətin diqqətindədir: “Azərbaycan mədəniyyəti və kino sahəsi ilə bağlı qeyd olunanların işığında, sonda bir daha milli kino və teatr sənətimizin əvəzolunmaz nümayəndəsi Həsən Məmmədovun xatirəsini hörmətlə yad edir, ona Allahdan rəhmət diləyirik”.

Yubiley gecəsinin aparıcısı – Xalq artisti Əbdül Mahmudov Həsən Məmmədovun Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif xarakterli obrazlar haqqında danışdı.

Əməkdar incəsənət xadimləri – kinoşünas, rejissor Ayaz Salayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov, Ramiz Məlikov, tanınmış şair Oqtay Rza çıxış edərək Həsən Məmmədovun sevə-sevə yaratdığı obrazlar haqqında danışdılar, onun Azərbaycan kinosu tarixində önəmli mövqeyindən söz açaraq sənətkarla bağlı xatirələrini bölüşdülər.

Aktyorun ailəsi adından çıxış edən oğlu Əvəz Məmmədov yubileyin keçirilməsi, Həsən Məmmədovun əziz xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.

 

 

 

 

 

 

 

XƏBƏRLƏR

25.06.2019 15:44
Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək
25.06.2019 15:38
Sumqayıtda 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib
25.06.2019 14:53
“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı Respublika xalq teatrları konfransı keçirildi
25.06.2019 14:46
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019 10:08
Moskvada təhsil alan azərbaycanlı tələbələrin sənət hesabatı
24.06.2019 19:01
III Respublika Xalq Teatrları Festivalı başa çatdı
24.06.2019 17:01
Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq
24.06.2019 16:39
Mərkəzi Zabitlər Evində “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqənin finalı keçirilib
24.06.2019 15:54
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24.06.2019 15:53
Tokioda növbəti dəfə səslənən Azərbaycan musiqisi nümunələri alqışlarla qarşılanıb
24.06.2019 15:50
İtaliyada keçirilən İkinci Azərbaycan Film Festivalı başa çatıb
24.06.2019 15:48
“Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı şeir müsabiqəsi qaliblərinin adları açıqlanıb
24.06.2019 15:44
Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib
24.06.2019 15:00
Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyi qeyd edilib
24.06.2019 14:22
YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başladı
24.06.2019 14:17
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında tədbir keçirilib
24.06.2019 11:58
YUĞ Teatrında İbsenin “Vahimə” əsəri tamaşaya qoyulub
24.06.2019 10:58
III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir
24.06.2019 10:13
“Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib
24.06.2019 09:48
UNESCO jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsi ölkəmizə həsr olunub
24.06.2019 09:45
Forum iştirakçılarının gəliş günü
22.06.2019 15:30
Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli tədbir keçirilib
21.06.2019 17:43
Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb
21.06.2019 17:35
Minsk şəhərində “Azərbaycan Günü” təşkil olunmuşdur
21.06.2019 15:45
Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib