Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
365

Lənkəran teatrının nümayəndə heyəti İranda keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında təmsil olunub

Yanvarın 6-dan İran İslam Respublikasında 37-ci Fəcr Beynəlxalq Teatr Festivalı işinə başlayıb. Həmin nüfuzlu sənət yarışması çərçivəsində İranın Ərdəbil şəhərində dünyanın ayrı-ayrı teatrlarının tamaşalarına baxış keçirilib.

Lənkəran Dövlət Dram Teatrının dörd nəfərlik nümayəndə heyəti qonaq qismində festivalda təmsil olunub. Teatrının direktoru Tofiq Heydərov Beynəlxalq Fəcr Teatr Festivalının İranın mədəni həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, onlar Ərdəbildə olduqları dörd gün müddətində bir sıra sənət kollektivlərinin, o cümlədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşalarını izləmək imkanını qazanıblar: ”Səfərimiz zamanı işgüzar görüşlərə də qatıldıq. Belə ki, ayr-ayrı teatr truppalarının məşqlərinə baxaraq onların iş prosesləri ilə yaxından tanış olduq, teatr truppalarının rəhbərləri, rejissor  və aktyorlarla görüşüb yaradıcılıq söhbətləri və fikir mübadilələri apardıq”.

T.Heydərovun bildirib ki, Ərdəbildə olduqları müddətdə rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra yaradıcılıq layihələrinin planlaşdırılması məsələlərində iştirak edib. Belə ki, Ərdəbil Vilayət Mədəniyyət Baş İdarəsi ilə Lənkəran Dövlət Dram Teatrı arasında gələcək əməkdaşlığa dair razılaşma da bu qəbildəndir.

Tədbirin bağlanış mərasimində Lənkəran teatrının direktoru T.Heydərov çıxış edərək festivalın gedişindən məmnun qaldıqlarını bildirmiş, qonaqpərvərliyə görə tədbirin təşkilat komitəsinə təşəkkür etmişdir.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi