Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1258

Lerik Dövlət Rəsm Qalereyasında görkəmli rəssam Şahvələd Əliyevin rəsmlərindən ibarət sərgi nümayiş olunmuşdur

Lerik Dövlət Rəsm Qalereyasında görkəmli rəsam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Karikaturaçı Rəssamlar İttifaqının üzvü,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin Rəssamlıq fakültəsinin müəllimi Şahvələd Əliyevin  əsərlərindən ibarət sərgi  nümayiş olunmuşdur. 

Sərgini giriş sözü ilə açan  Lerik Dövlət Rəsm Qalereyasının  direktoru Mükafat  Yaqubov  sənətkar haqqında məlumat vermiş, sərgiyə gələn qonaqları tamaşaçılara təqdim etmişdir.  Xalq rəssamı, Dünya Rəssamlar  Akademiyasının  Akademiki, ADMİU-nun kafedra müdiri  Xanlar Əhmədov  görkəmli sənətkarın yaradıcılığı haqqında məlumat vermiş, onun əsərlərini yüksək qiymətləndirmişdir.  Sonra  Azərbaycanın Əməkdar rəssamı, ADMİU-nun müəllimi, dosent Həmzə Abdullayev çıxış etmişdir. H. Abdullayev Şahvələd Əliyevin bir yaradıcı insan kimi mənəvi keyfiyyətlərindən söhbət açmışdır. ADMİU-nun müəllimi, Rəssamlar İttifaqının üzvü,  Dünya Rəssamlar  Akademiyasının həqiqi üzvü  Səmədağa Cəfərov  da sənətkar haqqında danışmış, yaradıcılığının incəliyindən, sənətkarın yorulmadan çalışaraq fədakarlıq etdiyindən söhbət açmışdır. Sonda sənətkarın özünə söz verilmişdir. Şahvələd Əliyev sərginin təşkilinə köməyi olan hər kəsə dərin təşəkkürünü bildirmiş, yaradıcılığından və gələcək planlarından danışmışdır.

Sonra tamaşaçılar sərgi salonunda istedadlı rəssamın əl işləri ilə tanış olmuş, xatirə kitabına öz ürək sözlərini yazmışlar.

Fərdi sərgidə  istedadlı sənətkarın, əsasən rəngkarlıq və karikatura janrında çəkilmiş əl işləri nümayış olunmuşdur. İstedadlı rəssamın rəngkarlıq  əsərləri və karikaturaları tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

XƏBƏRLƏR

16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq
11.01.2018 17:36
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək
11.01.2018 15:31
Azərbaycan Milli Kitabxanasının direktoru Los Anceles şəhər kitabxanasının direktoru ilə görüşmüşdür
11.01.2018 09:53
İrəvan teatrı ötən ili uğurla başa vurub
11.01.2018 09:52
Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub
11.01.2018 09:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub
10.01.2018 18:14
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı
10.01.2018 17:21
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
10.01.2018 17:00
ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək
10.01.2018 16:17
“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub
10.01.2018 11:15
Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
10.01.2018 09:43
“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
10.01.2018 09:16
Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb