Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
374

Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək

21 iyun-10 iyul 2019-cu il tarixində Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək.

Mahmud Aslan oğlu Rüstəmov 13 iyun 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1982–1986-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır. 1995-1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olmuşdur. Mahmud Rüstəmov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

O, 1985-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda, 1986-cı ildə Daş simpoziumu (Bakı, Azərbaycan), 1987, 1988-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, 1990-cı ildə Fransiyanın Avinyon şəhərində, 1995-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində, 1996-cı ildə Bakı İncəsənət Mərkəzində, 1997-ci ildə Azərbaycan Respublika sarayında, 1998-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, 1998-ci ildə “Yeddinci mərtəbə” qalereyası, 1999, 2000, 2001-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyində, 2001-ci ildə Vəcihə Səmədova adına sərgi salonu, İran mərkəzinin sərgi salonunda, 2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda keçirilən sərgilərdə iştirak etmişdir.

Rəssamın 1999-cu ildə Azərbaycanda İngiltərə konsulluğunun təşkilatçılığı ilə Franko-Alman mədəniyyət mərkəzində fərdi sərgisi keçirilmişdir.

2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata və Rəssamlar İttifaqının “2000-ci ilin Azərbaycanın ən yaxşı heykəltəraşı” adına layiq görülmüşdür.
Rəssam 2007-ci ildə “5+” sərgisi, “Göyqurşağının 7 rəngi”, 2008-ci ildə Berlində Azərbaycana həsr olunmuş sərgi, 2010-cu ildə Teymur Rüstəmov ilə birgə “Mövzular” adlı sərgilərin iştirakçısıdır. O, Aslan və Teymur Rüstəmovlar ilə birgə M.Cavadzadənin qəbr üstünü, Xocalı faciəsi abidəsi (Goranboy), 2011-ci ildə Müslüm Maqomayevin büstü (Rusiya, Astraxan), 2011-ci ildə Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası) müəllifidir. 2006-cı ildə “Rüstəmovlar İncəsənət Evi” qalereyasının açılışı keçirilmişdir.
Mahmud Rüstəmov təsviri sənətdə heykəltəraşlıqla yanaşı eyni zamanda rəngkarlıq və qrafika sahəsində də çalışmışdır. Heykəltəraşın “Qızılı xəttin sirri” və “Başlanğıc öncəsi yuxu” adlı işləri özünəməxsusdur. Mahmud Rüstəmov “Dördbucaqlı tısbağanın mahnısı” əsərini Türkiyədə yerləşən vadinin müasir interpritasiyası adlandırır. Mahmud Rüstəmovun əsərləri 2013-cü ildə Sotheby's auksionunda, 2019-cu il 21 may tarixində 2 qrafika əsəri isə Bakıda keçirilmiş incəsənət əsərlərinin ilk auksionunda ("Auction Baku"da) satılmışdır. 

Sərgidə rəssamın son illərdə yaratdığı, indiyədək heç bir yerdə təqdim olunmayan rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunacaq.

Sərginin açılışı 21 iyun saat 19:00-da Muzey Mərkəzində IV mərtəbədə baş tutacaq.

Sərgiyə giriş sərbəstdir. Media nümayəndələri dəvətlidir.

XƏBƏRLƏR

18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib