Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1143

Mədəniyyət naziri Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli ilə görüşüb.

Görüş zamanı nazir Əbülfəs Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində xüsusi yerdə olduğunu və onun  adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və həyata keçirilən işlərlə bağlı qonaqları məlumatlandırmışdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyi haqqında danışan nazir görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin bu sahədəki xidmətlərini xüsusi vurğulamışdır. Eyni zamanda nazir, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan “Nuri-didə Ceyhun” pyesi haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, Ceyhun Hacıbəyli obrazının canlandırıldığı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.

Ceyhun Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş və görüşdən böyük məmnunluğunu ifadə etmişdir.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb