Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
229

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb

Martın 16-da Müasir İncəsənət Mərkəzində Xalq rəssamı Qəyyur Yunusun 70 illiyinə həsr edilmiş “Həqiqət yollarında” adlı rəsm sərgisi açılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə sənətkarın rəngkarlıq və qrafika janrında olan 100-dən çox əsəri nümayiş edilir.

Sərginin açılışından əvvəl Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq sədri Mladen İvaniç Müasir İncəsənət Muzeyi və sərgidə yer alan rəsm əsərləri ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu muzeydə ilk dəfədir oluram. Çox gözəl muzeydir. Rəssamlar öz əsərlərini burada təqdim edirlər. Sərgilənən əsərlər heyrətamizdir, gözəlliyi ilə seçilir. Nümayiş olunan əsərlərdəki qadın obrazları, onların həyat tərzi, sadəliyi xüsusilə diqqətimi çəkdi. Rəssama yaradıcılığında uğurlar arzulayıram”.

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov çıxış edərək rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, rəssamın yaradıcılığı konseptuallığı romantik meyillərlə birləşdirir. Sərgidə nümayiş olunan əsərlərin məziyyətlərindən söz açan X.Abdinov deyib ki, təqdim edilən əsərlər rəssamın həyat və yaradıcılığının müxtəlif dövrlərinə aiddir. O, həmçinin bildirib: “Əsərlər arasında müxtəlif mövzulu kompozisiya, portret və mənzərələr yer alıb. Rəssamın yaradıcılığında Şərq və Qərb incəsənətinin sintezi hiss edilir. Yaratdığı qadın portretləri sayəsində böyük uğurlar əldə etməsi ilə yanaşı, yaradıcılığında dini mövzuda olan əsərlər də üstünlük təşkil edir. Sərginin təşkilində göstərdiyi dəstəyə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov vurğulayıb ki, əsərləri dünyanın bir sıra şəhərlərində sərgilənən rəssamın yaradıcılığı zəngindir. O qeyd edib ki, Qəyyur Yunus ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İngiltərə, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Polşa, Suriya, Əlcəzair və İranda keçirilən sərgilərin iştirakçısıdır. O, bütün zamanlarda yaradıcılığını inkişaf etdirib, onun yaradıcılığı hər zaman maraqlı olub, sevilib. Q.Yunus özünəməxsus canlı reallığı yaradan ustad rəssamdır. F.Xəlilov fırça ustasına bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.

Sonda Qəyyur Yunus çıxış edərək sərginin iştirakçılarına və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Bugünkü gün məni çox fərəhləndirir. Yubiley sərgimin təşkilində göstərdiyi dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

Sonra qonaqlar sərgiyə baxıblar.

Ekspozisiyada yer alan əsərlər insanı dərindən düşündürür. Rəssamın rəngkarlıq, qrafika əsərlərində və eskizlərində ayrı–ayrı təsvirlər İslam dininin rituallarını, ibadət edən insanların, zəvvarların və sufilərin obrazlarını əks etdirir. Belə obrazlar əsasən xarici görünüş baxımından da seçilən simalar – ay bənizli gözəllər, yaraşıqlı uşaqlar və nur üzlü yaşlılardır.

Qeyd edək ki, Qəyyur Yunus 1948–ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971–ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977–ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar “Humay” mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

 

XƏBƏRLƏR

21.04.2019 14:58
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimində iştirak edib
20.04.2019 12:30
Kinorejissor, Xalq artisti Tofiq İsmayılovun 80 illiyi qeyd olunacaq
20.04.2019 11:26
Tbilisidə Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş rəsm sərgisi açılıb
20.04.2019 10:05
Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin təqdimatı keçirilib
19.04.2019 16:55
Polşanın Krakov şəhərində akademik Yusuf Məmmədəliyevin barelyefinin təntənəli açılışı mərasimi keçiriləcəkdir
19.04.2019 16:03
III Respublika Xalq Teatrları Festivalının növbəti mərhələsi İsmayıllıda keçirilmişdir
19.04.2019 15:20
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19.04.2019 11:36
IV Buktreyler Festivalının Münsiflər Heyəti öz işinə yekun vurdu
19.04.2019 10:11
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
19.04.2019 09:17
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
18.04.2019 17:47
“Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi
18.04.2019 16:39
Respublika Gənclər Kitabxanasında “Tarixi abidələrimizi qoruyaq” adı altında dəyirmi masa keçirilib
18.04.2019 16:31
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Budapeştdə Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək
18.04.2019 16:28
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18.04.2019 16:23
Gəncə Dövlət Universitetində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib
18.04.2019 16:16
Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunub
18.04.2019 12:13
Milli Kitabxanada “18 aprel – Tarixi abidələrin mühafizəsi günüdür” adlı kitab sərgisi açılıb
18.04.2019 12:11
Özbəkistanlı qonaqlar İsmayıllıda silsilə görüşlər keçirəcək
18.04.2019 11:14
“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir
18.04.2019 11:00
“Creative Business Cup” startap proqramının ölkə finalı keçirildi
18.04.2019 09:39
Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq
18.04.2019 09:05
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub
18.04.2019 09:03
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.2019 17:38
“Sumqayıt-70” layihəsi çərçivəsində yaradılan “Günəşim” kukla tetarının təqdimat mərasimi keçirilib
17.04.2019 16:28
Azərbaycanda “IMAGINE” Avropa Tolerantlıq Festivalı təşkil olunacaq
17.04.2019 11:56
Xaçmazda Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib
17.04.2019 11:34
Özbəkistanın “Dunyo Boylab” telekanalında “Qafqaz mirvarisi – Azərbaycan” adlı geniş veriliş yayımlanıb
17.04.2019 11:07
Tovuzda III Respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi və xalq yaradıcılığı kollektivlərinə baxış keçirildi
17.04.2019 11:04
X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcəkdir