Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
440

Musiqili Teatrda bu həftə ərzində səkkiz tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftə ərzində səkkiz tamaşanın nümayişi nəzərdə tutulur.  

Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 17-də saat 19:00-da "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), aprelin 19-da saat 19:00-da Toya bir gün qalmış (Ə.Səmədli), aprelin 20-də saat 19:00-da “Amerikalı Kürəkən” (R.Mirişli, M.Haqverdiyev), aprelin 21-də saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) səhnə əsərləri təqdim olunacaq.

Azyaşlı teatr həvəskarları aprelin 20-də saat 12:00-da “Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts) musiqili nağıl-tamaşasına baxa bilər.  

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını da unutmayıb. Belə ki, 18 aprel saat 19:00-da “Silva” (İ.Kalman) əsəri böyüklər üçün, aprelin 19-da və 21-də saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.

Bu həftə nümayiş olunacaq tamaşalarda Xalq artistləri – Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova başda olmaqla, sənət ocağının bütün aktyorları iştirak edəcək.

Həftəni maraqlı və yaddaqalan keçirmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilər.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb