Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
381

“Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı şeir müsabiqəsi qaliblərinin adları açıqlanıb

Bu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda ədəbi-bədii gecə təşkil edilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda, bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şeir müsabiqəsinə yekun vurulub və müsabiqənin qalibləri mükafatlandırılıblar.

Tədbiri Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov açaraq bu kimi müsabiqələrin klassik poeziyamızı gənclər arasında təbliğ etmək, daha yaxşı tanıtmaq və ənənələri qorumaq saxlamaq istiqamətindəki əhəmiyyətini qeyd edib.

Qəzəlxan şair Arif Buzovnalı orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin yaratdıqları məktəb, eləcə də onların əsərlərinin poetik simvolları barədə çıxış edib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor Tərlan Quliyev Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rol, hər iki şairin əsərlərinin özünəməxsusluqları barədə məruzə ilə çıxış edib. Azərbaycan Yazarlar Birliyinin katibi, şair və esseist İlqar Fəhmi çıxışında bu cür tədbirlərin keçirilməsinin Nəsimi və Füzuli irsinin təbliğində mühüm rol oynadığını söyləyib.

Daha sonra qaliblərin adları açıqlanıb. Birinci yeri Kamal Hüseynzadə, 2-ci yeri Vəlixan Abdullayev, 3-cü yeri isə Xəyal İsmayılov qazanıb.

Sonda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, eləcə də tədbirə xarici qonaq qismində qatılmış İraq İslam Respublikasının nümayəndəsi Əli Mutar Əl-Şükri çıxış edərək “Nəsimi ili” təşəbbüsünün Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qorunması və dünyada tanıtdırılmasına yönəlmiş əhəmiyyətli addım olduğunu və bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Tədbir muğam ustalarının musiqili proqramı ilə davam edib.

XƏBƏRLƏR

21.09.2019 13:51
Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub
21.09.2019 12:30
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
21.09.2019 10:58
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edəcək
20.09.2019 18:43
Dövlət Xidmətinin rəisi Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb
20.09.2019 18:05
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.09.2019 17:31
“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib
20.09.2019 14:56
Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert təqdim olunub
20.09.2019 11:54
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
20.09.2019 11:46
Şəhər və rayonlarda vətəndaşların növbəti qəbulları keçirilib
20.09.2019 10:53
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olundu
20.09.2019 09:17
Qax rayonunda III Bal bayramı keçirilib
20.09.2019 09:06
Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub
20.09.2019 09:03
“Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olundu
19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur