Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
425

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında tədbir keçirilib

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Nəsimi humanizminin ümumbəşəri əhəmiyyətindən danışıb. O deyib ki, Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi haqqında Sərəncamı dahi şairin həyat və yaradıcılığına dair yeni tədqiqatlar aparılması ilə yanaşı, onun əsərlərinə yeni rakursdan da baxmağa imkanlar yaradır. Nəsimi humanizmi yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan böyük bir şairin humanizmidir. Nəsimi humanizminin başlıca fərqləndirici cəhəti onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır. Məhz bu cəhətinə görə Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirib.

T.Kərimli Nəsimini böyük humanist sənətkar kimi düşündürən başlıca problemlərdən birinin də insan cəhaləti kimi ictimai bəla olduğunu, şairin bir çox əsərlərini məhz öz müasirini cəhalət yuxusundan oyandırmağa, ona insanlığın şərəfini anlatmağa həsr edildiyi diqqətə çatdırıb.

“Nəsimi dünya ədəbiyyatının nəhəngləri ilə müqayisə olunası bir şairdir”, - deyən alim Nəsimi humanizminin və bu kontekstdə Nəsimi məhəbbətinin sufi-hürufi xarakter daşıması haqqında çox yazıldığını, çoxlu araşdırmalar aparıldığını, elə indinin özündə də aparılmaqda olduğunu vurğulayıb. “Biz altı yüz il bundan əvvəlki babalarımızın hansı psixoloji vəziyyətlərdə olduğunu yalnız onların qələmindən çıxmış ezopdilli yazılarda arayıb-axtarmalı oluruq”, - deyən akademik bildirib: “Nəsiminin əsərlərindən alınan ümumi təəssürat budur ki, kainatın mərkəzində, o dövrün elm adamlarının geosentrik nəzəriyyəyə görə təsəvvür etdiyi kimi, cansız daş-torpaqdan, yanar qazlardan ibarət olan Yer kürəsi, ya da Günəş planeti deyil, məhz yaranışların ən şərəflisi olan insan dayanır”.

Ədəbi- bədi gecə Sumqayıt Dövlət Dram Teatrı aktyorlarının hazırladığı kompozisiya və respublikanın tanınmış incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən nümunələrlə davam edib. Nəsimi obrazının təkrarsız ifaçısı Xalq artisti Rasim Balayevlə Xalq artisti Alim Qasımovun dueti hərarətli alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

21.09.2019 13:51
Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub
21.09.2019 12:30
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
21.09.2019 10:58
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edəcək
20.09.2019 18:43
Dövlət Xidmətinin rəisi Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb
20.09.2019 18:05
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.09.2019 17:31
“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib
20.09.2019 14:56
Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert təqdim olunub
20.09.2019 11:54
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
20.09.2019 11:46
Şəhər və rayonlarda vətəndaşların növbəti qəbulları keçirilib
20.09.2019 10:53
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olundu
20.09.2019 09:17
Qax rayonunda III Bal bayramı keçirilib
20.09.2019 09:06
Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub
20.09.2019 09:03
“Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olundu
19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur