Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
552

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunub

17 aprel 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycanda musiqili teatrının yaradıcılarından biri olan Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunmuşdur.

Niyazinin Mənzil Muzeyinin filial müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında çıxış etmişdir. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzey materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

Azərbaycan Respublikasının Xalq artisti, Canəli Əkbərov Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Aşıq Qərib partiyasında çıxış etdiyi və maestro Niyazinin onun yaradıcılığında əvəzsiz yeri haqqında məlumat vermişdir.

Bədii hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Əməkdar artist Elxan Mansurovun müşayiəti ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Səbuhi İbayevin ifalarında “Aşıq Qərib” operasından duet ifa edilmiş,  Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Ülviyyə Hacıbəyovanın, Azərbaycan Dövlət Fortepiano Triosunun (Əməkdar artistlər, Töhfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Aslan Carçılının  ifalarında Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Soltan Hacıbəyovun əsərlərindən  konsert proqramı təqdim olunmuşdur.

XƏBƏRLƏR

19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir