Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
685

Ölkəmiz Avstriyanın Vyana şəhərində keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunur

2018-ci ilin 6-7 dekabr tarixlərində Avstriyanın Vyana şəhərində “Avropa Mədəni İrs İli-2018” adlı tədbirinin bağlanış mərasimi keçirilib. Mövzu və konsepsiyasına görə Mədəni irsin qorunması, inkişafı, mədəni turizm, muzey, inkluziv mədəniyyət, yaradıcı və innovativ mədəniyyət məsələlərini əhatə edən tədbirə Avstriyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Avropa Şurası, Avropa Birliyinin aidiyyəti komissiyaları ilə yanaşı, Avropa İrs Günləri, Europeana, Europe Nostra kimi bir sıra beynəlxalq layihələr tərəfdaşlıq edir.

Tədbir çərçivəsində Avropa İlinin müzakirəsi, mədəniyyət siyasətinə həsr olunmuş sessiyalar və Vyana şəhərində fəaliyyət göstərən muzeyləri və mədəni irs istiqamətlərini əhatə edən xüsusi marşrutların təqdimatı həyata keçirilmişdir.

Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin baş məsləhətçisi Nərgiz Abdullayeva və Regional siyasət şöbəsinin məsləhətçisi Qasım Şirinli təmsil edir. Rəsmi açılış mərasimində Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media naziri Gerno Blumel, Avropa Parlamentinin Mədəniyyət və Təhsil Komitəsinin sədri Petra Kammerevert, Təhsil, Mədəniyyət, Gənclər və İdman müvəkkili Tibor Navracsiks iştirak ediblər. Gün boyu davam edən tədbirdə Mədəni İrs üzrə e-tvinninq sahəsində ən yaxşı layihələrin təltifetmə mərasimi keçirilmiş və qaliblər Avropa Komissiyasının Mədəniyyət və Yaradıcılıq direktoru Mişel Maqnier tərəfindən mükafatlandırılmışlar.

Qeyd edək ki, açılış mərasimində və növbəti günün tədbirlərində Avropa ölkələri ilə yanaşı, bir çox dünya ölkələrinin sahə üzrə təşkilatları və mütəxəssisləri iştirak etmişlər. Mədəniyyət Nazirliyinin nümayəndələri Avropa Komissiyasının Mədəniyyət və Yaradıcılıq direktoru Mişel Maqnier ilə görüşmüş və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar.

XƏBƏRLƏR

25.06.2019 15:44
Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək
25.06.2019 15:38
Sumqayıtda 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbirlər keçirilib
25.06.2019 14:53
“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı Respublika xalq teatrları konfransı keçirildi
25.06.2019 14:46
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019 10:08
Moskvada təhsil alan azərbaycanlı tələbələrin sənət hesabatı
24.06.2019 19:01
III Respublika Xalq Teatrları Festivalı başa çatdı
24.06.2019 17:01
Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq
24.06.2019 16:39
Mərkəzi Zabitlər Evində “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqənin finalı keçirilib
24.06.2019 15:54
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24.06.2019 15:53
Tokioda növbəti dəfə səslənən Azərbaycan musiqisi nümunələri alqışlarla qarşılanıb
24.06.2019 15:50
İtaliyada keçirilən İkinci Azərbaycan Film Festivalı başa çatıb
24.06.2019 15:48
“Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı şeir müsabiqəsi qaliblərinin adları açıqlanıb
24.06.2019 15:44
Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib
24.06.2019 15:00
Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyi qeyd edilib
24.06.2019 14:22
YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başladı
24.06.2019 14:17
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında tədbir keçirilib
24.06.2019 11:58
YUĞ Teatrında İbsenin “Vahimə” əsəri tamaşaya qoyulub
24.06.2019 10:58
III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir
24.06.2019 10:13
“Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib
24.06.2019 09:48
UNESCO jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsi ölkəmizə həsr olunub
24.06.2019 09:45
Forum iştirakçılarının gəliş günü
22.06.2019 15:30
Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli tədbir keçirilib
21.06.2019 17:43
Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb
21.06.2019 17:35
Minsk şəhərində “Azərbaycan Günü” təşkil olunmuşdur
21.06.2019 15:45
Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib