Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
470

Özbəkistanın “Dunyo Boylab” telekanalında “Qafqaz mirvarisi – Azərbaycan” adlı geniş veriliş yayımlanıb

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ölkə müxbirlərinin ötən ilin iyul ayında Azərbaycana təşkil etdiyi mediaturun nəticəsi olaraq Özbəkistan telekanallarında ölkəmizə dair verilişlər yayımlanır.

Bildiririk ki, Azərbaycan Mədəniyyət Mərkəzi ilə bu ölkənin  “Dunyo Boylab”  telekanalı arasında  əldə olunan razılığa əsasın iki ölkə arasında dostluq əlaqələrinin təbliği, habelə yeni turizm mövsümünün başlanması ilə əlaqədar sözügedən kanalda ölkəmizə dair yeni silsilə verilişlər yayımlanması davam etdiriləcəkdir.

Cari ilin 14 aprel tarixində “Dunyo Boylab” telekanalında ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarına dair yeni təkmilləşdirilmiş “Kamalakdek Cerjilo” layihəsi çərçivəsində  “Qafqaz mirvarisi – Azərbaycan” adlı veriliş yayımlanıb.

Tanınmış jurnalist Gulsara Soathonovanın təqdim etdiyi verilişdə Azərbaycanın dünya şöhrətli Naftalan sanatoriyaları, Naftalan neftinin tarixi, şəhərdəki istirahət, turizm, kurort mərkəzləri, habelə Naftalan neftinin müəlicəvi əhəmiyyətindən söhbət açılır.

Verilişdə Azərbaycanın qədim və ikinci böyük şəhəri, Nizami Gəncəvinin vətəni olan Gəncə şəhəri haqqında, şəhərin tarixi, onun görməli yerləri, turizm imkanları barədə geniş məlumat verilir, XVIII əsrdə yenidən bərpa olunan Xan bağı, Azərbaycan təbiətinin mirvarisi olan Göygöl gölü haqqında maraqlı kadrlar nümayiş etdirilir.

Verilişdə jurnalist qədim tarixə malik Şəki şəhərinə səfərə də xüsusi yer ayırıb, bu şəhərdə XVII əsrdə tikilən “Yuxarı karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan Sarayı, Şəki ipəyi haqqında məlumat verərək, Əliəhməd nəslindən olan şirniyyat ustaları tərəfindən bişirilən Şəki halvası, onun hazırlanması prosesini nümayiş etdirib.  Aparıcı  Gulsara Soathonova Şəkinin mədəniyyət abidələri, turizm imkanları, bu şəhərdə geniş itifadə edilən qədim şəbəkələr haqqında söhbət açıb, şəhərinin yaxınlığında yerləşən Kiş kəndi, orada eramızın I əsrinə aid olan İbadətxana haqqında geniş məlumat verib.

Veriliş ictimaiyyət arasında da böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən Azərbaycana hər il Özbək jurnalistlərinin mediatutu təşkil edilir və artıq 3 dəfə təşkil olunan bu layihə nəticəsində Özbəkistan televiziya kanallarında çoxsaylı verilişlər, sayt və qəzetlərdə silsilə məqalələr yayımlanmaqdadır.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb