Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
273

Qobustan Milli Tarix-Bədii Qoruğunda Yoqa və Sağlamlıq Festivalı çərçivəsində tədbir təşkil edilib

İyunun 16-da Qobustan Milli Tarix-Bədii Qoruğunda Bakıda keçirilən Yoqa və Sağlamlıq Festivalı çərçivəsində tədbir təşkil edilib.

Tədbir Hindistanın Bakıdakı səfirliyi, Qobustan Milli Tarixi-Bədii Qoruğu və Klassik Yoqa Məktəbinin birgə təşkilatçılıği ilə reallaşıb.

Qobustan Milli Tarix - Bədi Qoruğunun direktoru Vüqar İsayev ölkəmizdə yoqa ilə bağlı tədbirlərin keçirilməsinin ənənəvi hal aldığını qeyd edib. Bildirib ki, ölkəmizdə əhalinin sağlamlığı, eləcə də mədəniyyətin, incəsənətin inkişafının cəmiyyətin bütün üzvlərinin gündəlik həyat tərzinə çevrilməsi diqqət mərkəzində saxlanılır. Yoqanın sağlam həyat tərzi olduğunu deyən Vuqar İsayev, bu peşə ilə sağlam və xoşbəxt həyat tərzinə malik ola bilməyin mümkünlüyünü vurğulayıb və hər kəsi yoqa ilə məşğul olmağa dəvət edib.

Qonaqlara rəhbəri olduğu Qobustan Milli Tarixi-Bədii Qoruğu haqqında ətraflı məlumat verən V.İsayev bildirib ki, açıq səma altında qoruq, həm də muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar.

Diqqətə çatdırıb ki, Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Bildirilib ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən ibarət olduğunu qeyd edib. İki ölkə arasında mədəni sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edən səfir, gələcəkdə də belə layihələrin davamlı olacağını vurğulayıb.

Qeyd edilib ki, festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qaldığını söyləyən diplomat, ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla da maraqlanıb.

Sonra yoqa tədbirinə start verilib.

Qeyd edək ki, beşinci dəfə təşkil olunan festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.

Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, habelə etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər yer alır.

XƏBƏRLƏR

18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib