Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2217

Qusarda “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirilmişdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə 19 iyul 2018-ci il tarixində Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirmişdir. İclasda Bakı şəhəri və regionlardakı tarix-diyarşünaslıq muzeylərinin nümayəndələri iştirak etmişlər. Tədbirdə yaradılacaq assosiasiyanın strukturu, məqsəd və vəzifələri, fəaliyyət formaları və idarə heyətinin üzvlərinin müəyyən olunması istiqamətində müzakirələr aparılmış, verilən təkliflər Nazirliyə təqdim olunmuşdur.

Assosiasiyanın yaradılmasında əsas məqsəd muzey işinin inkişafına geniş yardım funksiyalarını həyata keçirmək üçün mədəni, təhsil və elmi istiqamətin, muzey işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, muzeylərin sosial təyinatının təmin edilməsi, koordinasiya fəaliyyətinin ictimai tələbatının ödənilməsi, habelə onların ümumi əmlak və qeyri-əmlak mənafelərinin qorunması istiqamətində fəaliyyətin  əlaqələndirilməsidir.

Tədbir çərçivəsində Mərkəz tərəfindən hazırlanan muzey işinə aid metodiki vəsaitlərin təqdimatı olmuşdur. Mərkəzin Muzey işi sektorunun müdiri Pakizə Almazova “Muzeylərdə marketinq işinin təşkili”, metodist Sevinc Qasımova “Muzey işində informasiya texnologiyaları: virtual eksponatlar, internet kataloqlar”, İnnovativ layihələr sektorunun müdiri Aygün Balabəyova “Məhdud fiziki imkanlı şəxslərin sosial mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu” adlı metodiki tövsiyələri təqdim etmişlər.

XƏBƏRLƏR

26.08.2019 09:21
“Khaleej Times” qəzetində Milli Xalça Muzeyinə həsr olunmuş məqalə dərc olunub
23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb