Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
507

Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii gecə keçirildi.

Tədbiri Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açaraq Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə imzaladığı sərəncam ilə əlaqədar kitabxanada tədbirlər planının hazırlandığını bildirdi və Tədbirlər planının icrası ilə bağlı məlumat verdi. Sonra Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Cəfər Cabbarlı irsinin zənginliyi” mövzusunda çıxışından sonra kitabxananın 1937-ci ildən fəxrlə görkəmli dramaturqun adını daşıdığını bildirdi.

Daha sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tahirə Məmməd əsərlərində insanın xarakterini, psixologiyasını formalaşdıran sənətkar kimi Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı tarixində ölməzlik qazandığını xüsusi vurğuladı. İnstitutun aparıcı elmi işçisi Rasim Nəbioğlu “Cəfər Cabbarlının dramaturgiyası” mövzusunda çıxışını bu irsin mütləq bir çox xarici dillərə tərcümə edilib dünyaya yayılma zəruriliyini qeyd etməklə bitirdi.

Tədbir zamanı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Cəfər Cabbarlının  ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Dövlət Milli Konservatoriyanın müəllimi Abbasqulu Nəcəfzadə, “Manera az” saytının baş redaktoru Şəhla Aslan, Cabir Novruz Mədəniyyət Fondunun üzvü Kəmaləddin Məmmədov böyük şair ilə bağlı öz fikirlərini bölüşdülər.

İncəsənət Gimnaziyası və Yasamal rayonu 176 saylı orta məktəbin şagirdləri “Azərbaycan oğluyam”, “Anam Azərbaycan”, “Xatırlayarsan məni” mahnılarını ifa etdilər, Cəfər Cabbarlının “Ölkəm”, “Mənim tanrım”, “Həyat, söylə sən kiminsən” şerlərini səsləndirdilər.

Ədəbi-bədii gecədə həmçinin, Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri Elvin Talışinski, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev, iqtisadçı Xeyransa Hüseynova, Bakı Dövlət Universiteti,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbirin sonunda İncəsənət Gimnaziyası vəYasamal rayonu 176 saylı orta məktəbin şagirdləri kitabxana tərəfindən Fəxri Fərmanlarla mükafatlandırıldı.

Sonda “Azərbaycan dramaturgiyasının korifeyi“ adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu