Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1920

Salyanda yeni “DAMA” art-studiyası yaradıldı

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Salyan rayon Mədəniyyət Mərkəzinin “Güzgü” miniatür xalq teatrı və “Hünər” sirk-estrada xalq kollektivinin bazasında yeni “DAMA” art-studiyası yaradılıb. Studiyaya rayon mədəniyyət işçiləri ilə bərabər yerli həvəskar aktyorlar da cəlb olunub.

“DAMA” art-studiyası ilkin fəaliyyətinə müasir həyatımızı əhatə edən müxtəlif satirik, düşündürücü səhnəciklər, eləcə də mono və qısa tamaşalarla başlayacaq. Art-studiyanın yaradılmasının əsas məqsədi rayonda və ətraf ərazilərdə mədəniyyət və incəsənət sahəsini daha da təkmilləşdirmək, əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin kreativ, yaradıcı gəncləri bir araya toplamaqdır. Salyan rayon Mədəniyyət Mərkəzində bu münasibətlə keçirilən toplantıda Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov “DAMA” art-studiyasının kollektivinə uğurlar arzulayıb, əlindən gələn köməkliyi əsirgəməyəcəyini vurğulayıb, gənclərə bu yolda dəyərli məsləhətlərini verib.

O bildirib ki, Salyanda uzun zaman teatr, səhnə ənənəsi olub. Bu gün həmin ənənə gənclər tərəfindən davam etdirilməlidir. Qeyd edək ki, “DAMA” art-studiyasının ilk səhnə nümayişləri sentyabr ayına nəzərdə tutulub. Art-studiyanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Salyan Dövlət Kukla Teatrı və başqa Dövlət Teatrları ilə iş birliyi olacağı da diqqətə çatdırılıb.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb