Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
167

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi

50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram Teatrında növbəti mövsümün ilk toplantısı keçirildi. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək əvvəlcə bu mövsümün teatr və teatr kollektivi üçün məhsuldar il olmasını arzuladı. Direktor ötən il hazırlanan müxtəlif janrlı tamaşalar, həyata keçirilən yeni layihələr barədə fikirlərini bölüşdü. Prezident  İlham Əliyevin  böyük dramaturq-yazıçı Cəfər Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən sənət ocağında  “Solğun çiçəklər” tamaşasının hazırlanaraq mövsümün açılışında nümayişin nəzərdə tutulduğunu deyən M.Həmidov eyni zamanda teatrın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivin öhdəsinə düşən məsuliyyəti vurğuladı.

O bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümdə bir neçə festivala qatılacaqdır. Bunun üçün yaradıcı heyətin daha əzmlə çalışmasının vacibliyini dilə gətirən Əməkdar artist qarşıda duran planlardan da  söz açdı. Daha sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşdü.

Sonda cari mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu