Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
162

Sumqayıt Dövlət Dram Teatrından yeni layihə... “Sevgilim Sumqayıt”

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcəkdir. Bildiyimiz kimi gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illik yubileyi qeyd olunacaqdır.

Dram teatrının yeni layihəsi də doğma şəhərimizin   yubileyinə həsr olunacaqdır. Layihənin rəhbəri və ideya müəllifi teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, pyesin müəllifi Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

“Sevgilim Sumqayıt” adlanan yeni layihə  Sumqayıt şəhərinin yaranması,  onun ilk sakinlərinin əmək fəaliyyəti, ümumiyyətlə Sumqayıtın  dünəni, bu günü və sabahı haqqında bədii, dolğun və təsirli sujet xətti ilə, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.

Sumqayıt sakini bir qadının həyatından bəhs edən “Sevgilim Sumqayıt” əsərində teatrın gənc və orta nəsil aktyorları rol alacaqlar.

“İnanırıq ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş sözügedən bu layihə Sumqayıt Dövlət Dram Teatrı  kollektivindən  şəhərimizin sakinlərinə layiqli yubiley hədiyyəsi olacaqdır.”- deyə  layihə rəhbəri Mübariz Həmidov bildirmişdir.

 

XƏBƏRLƏR

18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.01.2019 16:42
Respublika Gənclər Kitabxanası tərəfindən “20 yanvar” faciəsinə həsr edilmiş tədbirlər keçirildi
17.01.2019 15:18
Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi
17.01.2019 14:56
"Boqema" operasının tamaşasında opera ulduzları iştirak edəcəklər
17.01.2019 14:49
Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub
17.01.2019 09:41
Xalq artisti Amalya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib
16.01.2019 16:52
Niyazinin Mənzil Muzeyində ilin ilk görüşü Əyyub Quliyevlə olub
16.01.2019 10:30
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16.01.2019 10:29
Qara Qarayevin ev-muzeyində Xalq artisti Firəngiz Əlizadə ilə görüş təşkil edilib
16.01.2019 09:34
Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb
15.01.2019 15:14
Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişinə başlanılıb
15.01.2019 09:48
“Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb
15.01.2019 09:33
Azərbaycan Respublikasının mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək
14.01.2019 17:20
"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı Özbək dilində məlumat yerləşdirilib
14.01.2019 16:39
Lənkəran teatrının nümayəndə heyəti İranda keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında təmsil olunub
14.01.2019 16:36
Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının təmirdən sonra açılışı ilə əlaqədar tədbir keçirilib
14.01.2019 12:38
Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq
14.01.2019 10:30
“Maestro and Artists” Xalq rəssamı Arif Əzizin 75 illiyinə həsr olunmuş qrup sərgisi keçiriləcək
14.01.2019 09:53
İstiqlal Muzeyində II Dünya müharibəsi illəri ilə bağlı ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur
14.01.2019 09:38
Ötən il Şuşa Dövlət Musiqili Dram Teatrının tarixində əlamətdar hadisələrlə yadda qalıb
11.01.2019 17:39
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.01.2019 16:44
Azərbaycandan Özbəkistana göndərilən zəngin kitab kolleksiyasının sərgisi açılıb
10.01.2019 17:19
“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı keçirildi