Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1383

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirə altı ayın yekunlarına həsr olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov müşavirəni açaraq Mədəniyyət Nazirliyində aparılan struktur dəyişiklikləri, idarənin tabeliyində olan müəssisələrin fəaliyyəti barədə məlumat vermişdir. “Son vaxtlar qazanılan uğurlar bizdə arxayınlıq hissi yaratmamalı, məsuliyyətimizi artırmalıdır” deyən idarə rəisi müəssisələrdə aşkarlanan problemlərlə bağlı müəssisə rəhbərlərinə öz iradlarını bildirmişdir. Qeyd etmişdir ki, region şəbəkəsinə daxil olan musiqi məktəblərinin müəllimlərindən ibarət xor kollektivləri, ansambllar, orkestrlər  yaradılmalı və təqdimatı keçirilməlidir. Eyni zamanda Mehman Şükürov bütün müəssisələr üzrə regional tədbirlərin, yeni layihələrin həyata keçirilməsinin, mətbuat xidməti ilə əlaqələrin genişləndirilməsinin vacibliyini klub müəssisələri və kitabxana rəhbərlərinin nəzərinə çatdırmışdır.

Daha sonra idarənin rəis müavini İlham Əhmədov çıxış edərək hesabat dövrü ərzində region üzrə 250 – dən cox tədbirlərin (konsertlər, anım günləri, sərgilər, şair və yazıçılarla görüşlər və s.) keçirildiyini, regional idarənin  müəllimlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi,  “Buta” qızlar ansamblı, “Zərif” qızlar ansamblı yaradıldığını bildirmişdir.

Hesabat dövründə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Silahlı Qüvvələr günü ilə bağlı şəhər və rayonlarımızda, hərbi hissələrdə silsilə tədbirlərin keçirildiyi qeyd edilmişdir. Eyni zamanda Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalında regional idarənin tabe müəssisələrinin  fəal iştirak etdiyi qeyd olunmuşdur.

Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələrinin rəhbərləri qeyd olunan problemlərin tez bir zamanda aradan qaldırılacağını, irad və təkliflərin nəzərə alınaraq yeni layihələrin hazırlanacağını bildirmişlər.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi