Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
363

İtaliyada keçirilən İkinci Azərbaycan Film Festivalı başa çatıb

İyunun 20-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin “Teatro all’aperto Ettore Scola” açıq səma altında teatrında keçirilən rəsmi açılışı və “Arşın mal alan” filminin nümayişi ilə başlayan İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb.

Festivalın ikinci günü Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filminin nümayişi ilə başlayıb.

Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Romanın Sapienza Universitetinin dosenti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə bir sıra kitabların, o cümlədən ötən ay təqdim olunmuş "Azərbaycanın beynəlxalq tarixi (1919-1920)" adlı kitabın müəllifi Danile Pommier Vinçelli və həmin universitetin professoru, türkoloq Fabio Qrassi müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu qısa müddət ərzində bu il 100 illiyi qeyd olunan Azərbaycanın diplomatik xidmətinin yaranması da daxil olmaqla, ölkəmizin dövlətçilik tarixinə, sosial-siyasi həyatına gətirdiyi yeniliklər, Cümhuriyyətin süqutunu şərtləndirən səbəblər, respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi yol və əldə etdiyi nailiyyətlər barədə danışıblar.

“Son iclas” bədii-sənədli filmi barədə məlumat verən natiqlər bu ekran əsərinin Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq saldığı və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini, İtaliya tamaşaçısının Azərbaycan tarixinin bu vacib dövrü barədə məlumatlandırılması üçün əhəmiyyətini bildiriblər.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən və media tərəfdaşları “Askanews” xəbər agentliyi, AZƏRTAC, AzTV, və “AzerbaijanNews” xəbər portalı olan festivalın ikinci günü, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilən, ssenari müəllifləri İlham Nəcəf və Asif Rüstəmov, rejissoru İlham Nəcəf olan “Nar bağı” filmi də nümayiş etdirilib.

Festivalın sonuncu – üçüncü günü quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa olan “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlayıb.

“Üçüncü günün adamı” filminin nümayişindən əvvəl həmin ekran əsərinin süjet xəttinə uyğun olaraq səfir Məmməd Əhmədzadə italyan tədqiqatçı-jurnalist, “İtaliyadan Azərbaycana baxış” kitabının müəllifi Domeniko Letizia ilə birgə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin acı taleyi, öz evlərinə qayıtmaq kimi fundamental hüquqlarının pozulması barədə danışıblar.

D.Letizia Azərbaycana səfəri zamanı məcburi köçkün ailələri ilə görüşdüyünü xatırladıb, onların öz doğma torpaqlarına qayıda və ailə üzvlərinin məzarlarını ziyarət edə biləcəkləri günü səbirsizliklə gözlədiklərini bildirib.

Festival yazıçı Anarın “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” romanı əsasında ekranlaşdırılmış, quruluşçu rejissoru Rasim Ocaqov, baş rolların ifaçıları Fəxrəddin Manafov və Meral Konrat olan “Təhminə və Zaur” filminin nümayişi ilə yekunlaşıb.

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrində, o cümlədən “Il Messaggero”, “Askanews”, “Il Sole 24 Ore”, “Il Tempo”, “Libero Quotidiano”, “Affari Italiani”, “Virgilio”, “Quitidiano”, “Corriere dell’Umbria”, “Corriere di Rieti”, “Corriere di Arezzo”, “Corriere di Siena”, “Corriere di Viterbo”, “Romatoday”, “Tendenze online”, “Agenzia Nova”, “Fashion News Magazine”, “Funweek”, “Agenzia Stampa Italia”, “Estate Romana”, “Notizie Yahoo”, “Notizie Tiscali”, “Giornale Diplmatico”, “Notizie Geopolitiche”, “Consul Press”, “Artista News” və sair kimi populyar qəzet, xəbər agentlikləri və portallarda tədbirlə bağlı yazılar dərc olunub.

Festival “Casa del Cinema” kino evinin rəsmi internet və sosial şəbəkə səhifələri, eyni zamanda, xüsusi yaradılmış https://www.facebook.com/cinemaazerbaigiano/ “Facebook” səhifəsi üzərindən də fəal təbliğ olunub.

Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ etmək, həmçinin yerli ictimaiyyəti ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə filmlərimiz vasitəsilə tanış etmək məqsədilə təşkil olunmuş festival böyük marağa səbəb olub.

Festivalın Roma şəhərinin məşhur yay axşamları təqviminə daxil edilməsi, filmlərin açıq səma altında nümayiş etdirilməsi və ictimaiyyətə açıq olması şəhər sakinlərinin və turistlərin diqqətini xüsusilə cəlb edib.

XƏBƏRLƏR

21.09.2019 13:51
Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub
21.09.2019 12:30
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
21.09.2019 10:58
Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edəcək
20.09.2019 18:43
Dövlət Xidmətinin rəisi Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb
20.09.2019 18:05
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.09.2019 17:31
“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib
20.09.2019 14:56
Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert təqdim olunub
20.09.2019 11:54
Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi
20.09.2019 11:46
Şəhər və rayonlarda vətəndaşların növbəti qəbulları keçirilib
20.09.2019 10:53
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olundu
20.09.2019 09:17
Qax rayonunda III Bal bayramı keçirilib
20.09.2019 09:06
Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub
20.09.2019 09:03
“Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olundu
19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur