Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
823

X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 7-də uğurla başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 30-da başlanan və doqquz gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

Festivalın davam etdiyi günlərdə yerli musiqisevərlər və şəhərin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik, Azərbaycan dövlət simfonik orkestrlərinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam” instrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” musiqi qrupunun, “Clarte” klarnet kvartetinin, İsrailin dünya şöhrətli Yerusəlim simfonik orkestrinin, Gürcüstanın Tbilisi “Big Band” orkestrinin konsertlərini izləmək imkanı əldə ediblər. Festivalın konsertlərindən biri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında və açıq səhnədə, həmçinin rayon mədəniyyət mərkəzində keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyib.

Avqustun 7-də axşam Qəbələ Rayon Mədəniyyət Mərkəzində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, tanınmış musiqiçilər, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Bağlanış mərasimində Yerusəlim simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.

Tanınmış ispan bəstəkarı Salvador Brotonsun dirijorluğu ilə keçən konsertdə C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra və Don Bazilionun ariyası, C.Puççininin “Canni Skikki” və “Toska” operalarından ariyalar, “Bohema” operasından Müzettanın valsı, “Manon Lesko” operasından Manonun ariyası və İntermezzo, V.A.Motsartın “Don Juan” operasından Leporellonun ariyası, Tserlina və Don Juanın dueti, C.Verdinin “Taleyin gücü”, “Don Karlos” və “Otello” operalarından ariyalar, J.Massnenin “Verter” operasından Verterin ariyası və dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası ifa edilib.

Solistlər Giorgi Çelidzenin (Gürcüstan), Elnarə Məmmədovanın, Adil Axundovun, Məhərrəm Hüseynovun, Kiara İsottonun (İtaliya), Mine Kurtoğlunun (Türkiyə) və Xalq artisti Samir Cəfərovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa ediblər.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb.

Xatırladaq ki, bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən Qəbələyə çoxlu musiqi həvəskarı gəlib. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar bundan böyük zövq alıblar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival onu da təsdiqləyib ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

Beynəlxalq festival çərçivəsində bir sıra tanınmış musiqiçilər təəssüratlarını bölüşərək, bu musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirib və yenidən bu füsunkar məkanda görüşmək arzularını dilə gətiriblər.

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli: Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ilə böyüyən auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Azərbaycan həqiqətən öz zəngin tarixi və ənənələrinə görə dünyada gözəl ölkələrdən biridir. Artıq 10 ildir ki, Azərbaycanın dilbər guşəsi olan Qəbələdə keçirilən bu festival ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.

Festivalın bədii rəhbəri, İsrailin Yerusəlim simfonik orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski: Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə təəssüratları bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Təkcə onu qeyd edim ki, bu musiqi bayramı dünyada keçirilən festivallar içərisində öz yüksək təşkilatçılığı və səviyyəsi baxımından ön sıralarda yer alır. Ənənəvi olaraq hər il keçirilən bu festivalda dünyanın ən məşhur musiqi kollektivləri, kamera və simfonik orkestrlər, dünya şöhrətli ifaçılar, dirijorlar iştirak edirlər. Qəbələ Festivalı Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən biridir, çox gözəl musiqi bayramıdır. Mən bu möhtəşəm musiqi layihəsini dəstəklədiyinə görə Fondun prezidenti, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, pianoçu Murad Adıgözəlzadə: Qəbələdə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalı Azərbaycanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Bu festival musiqimizin dünyada tanıdılması və təbliği baxımından böyük rol oynayır. Festival günlərində Qəbələyə gələn xarici qonaqlar Azərbaycanın, onun bölgələrinin sürətli inkişafını öz gözləri ilə görür, xalqımızın adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olurlar. Onların ölkəmiz haqqında təəssüratları daha da zənginləşir. Qəbələ Festivalı bu baxımdan da çox böyük əhəmiyyətə malikdir.

Kubanın məşhur “Jovanes Clasicos Del Son” qrupunun rəhbəri Ernesto Reyes Proenza:Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına yenidən dəvət aldığımıza görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu, qrupumuzun Qəbələyə ikinci səfəridir. İki il əvvəl də bu gözəl şəhərdə keçirilən festivalda iştirak etmişik. Həmin konsertdə tamaşaçıların Latın Amerikası ölkələri musiqisinə böyük maraq göstərdiklərinin şahidi olduq. Onlar bizim rəqqaslarla birlikdə rəqs etdilər, bizi ruhlandırdılar. Qrupumuz caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, tamaşaçılara ənənəvi Kuba musiqisini müasir yanaşma ilə təqdim etdi. Güman edirik ki, konsert tamaşaçıların ürəyincə oldu. Yüksək səviyyədə təşkil edilən bu musiqi festivalı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Əminəm ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalında yenidən görüşəcəyik...

XƏBƏRLƏR

18.09.2018 18:30
Musiqinin müxtəlif janrlarında şah əsərlər yaradan dahi bəstəkar
18.09.2018 17:45
Ağdaşda Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
18.09.2018 17:40
Milli Kitabxanada “18 sentyabr - Milli musiqi günü” adlı geniş kitab sərgisinin açılışı keçirilmişdir
18.09.2018 14:51
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
17.09.2018 19:03
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirildi
17.09.2018 14:19
Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb
17.09.2018 12:45
Moskvada 22 sentyabr 2018-ci il tarixində P.İ.Çaykovski adına konsert zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcəkdir
17.09.2018 12:19
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı zəngindir
17.09.2018 11:36
Azərbaycan Respublikası mədəniyyət nazirinin Qusar şəhərində keçiriləcək növbəti qəbul vaxtı 25 sentyabr tarixinə dəyişdirilmişdir
17.09.2018 09:14
Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb
17.09.2018 09:13
Yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələr təqdim edilib
17.09.2018 00:00
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb
14.09.2018 18:48
Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi
14.09.2018 15:34
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi
14.09.2018 15:10
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı
14.09.2018 09:12
İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi
14.09.2018 09:10
Xalq artisti Arif Məlikova
13.09.2018 18:46
Əbülfəs Qarayev İndoneziyanın mədəniyyət və təhsil nazirinin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb
13.09.2018 16:08
Nazir Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin kollektivini təbrik etdi
13.09.2018 10:11
Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının gələcəkdə birgə əməkdaşlığı məqsədilə görüş
13.09.2018 09:09
Ölkəmiz Böyük Britaniyada "Unlimited" simpoziumunda təmsil olunub
12.09.2018 18:44
Bakıda İndoneziyanın müstəqilliyinin 73-cü ildönümü qeyd edilib
12.09.2018 12:16
Daşkənddə Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konserti keçirilib
11.09.2018 17:13
Kukla Teatrının yeni mövsümü
11.09.2018 15:10
ICOM Azərbaycan Milli Komitəsi Braziliya Milli Muzeyinin direktoruna məktub ünvanlayıb
11.09.2018 15:07
Azərbaycanlı muğam ifaçıları Özbəkistanda keçirilən Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görüldülər
11.09.2018 14:53
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı
11.09.2018 10:43
Mədəniyyət Nazirliyi “Birpərdəli pyeslər” müsabiqəsini elan edir
11.09.2018 09:33
“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
10.09.2018 16:50
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbuluna start verildi
10.09.2018 09:42
Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Meydan Tamaşaları Festivalından qayıdıb
08.09.2018 14:58
Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək
08.09.2018 14:56
Azərbaycan Aşıqlar Birliyinin növbəti layihəsinin təqdimatı olub
07.09.2018 17:30
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq teatr festivalında təmsil edəcək
07.09.2018 09:15
Özbəkistanda keçirilən beynəlxalq muğam sənəti forumunda ölkəmiz də təmsil olunur. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir