Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2687

Xaçmazda Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib

16 aprel 2019-cu il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində görkəmli kino rejissoru, xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, həmçinin əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev, xalq artistləri Ənvər Həsənov, Rafiq Əzimov və rayon  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Dövlət Film Fondunun hazırladığı Tofiq Tağızadənin həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri də Xalq artisti, görkəmli kino rejissor Tofiq Tağızadədir. 

Nadir istedada malik olan kino-rejissor Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və onun “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”  və s. filmləri milli kinomuzun qızıl fondunu təşkil edir.

Yubiley gecəsinin aparıcısı – əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev Tofiq Tağızadənin Azərbaycan kino sənətinə bəxş etdiyi filmlər haqqında danışdı. Həmin filmlərdən fraqmentlər nümayiş etdirildi.

Xalq artistləri Ənvər Həsənov və Rafiq Əzimov görkəmli kino-rejissorun həyat və yaradıcılığı haqqında fikirlərini bölüşdülər.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb