Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
197

Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair Dövlət Proqramı uğurla icra olunur

Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajında düzəlişlər həyata keçirilmişdir. Belə ki, eksponatlar barədə qeyd olunan məlumatlarda xalçaların istehsal olunduğu məkan kimi Azərbaycan göstərilir.

Qeyd edək ki, bu düzəlişə qədər Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində ölkəmizə aid eksponatların istehsal yeri kimi Azərbaycan qeyd olunmamışdı. Bununla əlaqədar Azərbaycan Xalça Muzeyi tərəfindən Şərq Xalqları Muzeyinin rəhbərliyinə dəfələrlə müraciət edilmişdir.

Daha sonra konstruktiv danışıqlar nəticəsində muzeylər arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri quruldu. Bu əməkdaşlıq nəticəsində ilk olaraq cari ilin aprel-may aylarında adıçəkilən muzeylərin birgə təşkilatçılığı ilə “Məkanın harmoniyası. Azərbaycan ənənəvi incəsənəti” adlı sərgi keçirildi. Sərgidə hər iki muzeyin kolleksiyalarından Azərbaycan inciləri, o cümlədən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ilk eksponatı olan Azərbaycan XIX əsrə aid ölkəmizin dilbər guşəsi Qarabağda toxunan “Bəhmənli”xalçası da təqdim olundu.

Həmçinin Azərbaycan Xalça Muzeyi tərəfindən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid otuza yaxın eksponatın, o cümlədən, xalça və xalça məmulatı, mis qab və bədii tikmə nümunələrinin elmi atribusiyası aparılmışdır. Yenilənmiş informasiya bu muzeyin məlumat bazasına artıq əlavə olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, sözügedən muzey Rusiyanın böyük, məşhur və ən çox ziyarət olunan mədəniyyət ocağlarından biridir. Burada Azərbaycan sənətkarları tərəfindən yaradılan mükəmməl dekorativ-tətbiqi sənət nümunələri saxlanılır və daimi ekspozisiyada uğurla sərgilənir. 

XƏBƏRLƏR

22.05.2019 19:57
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub
22.05.2019 18:17
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi
22.05.2019 17:41
Azərbaycanın tarixi körpüsü bərpa olunur
22.05.2019 17:14
Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşulub
22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib