Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
944

Xalq artisti Gülxar Həsənovanın Fəxri xiyabanda xatirəsi yad olundu

 

Dekabrın 10-da görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın (1918-2005) anadan olmasının 100 ili tamam oldu.

Bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları ikinci Fəxri xiyabana gələrək sənətkarın xatirəsini andılar. Gülxar Həsənovanın məzarı önünə əklil və gül dəstələri qoyuldu.

Anım mərasimində əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Hafiz Quliyev və başqaları çıxış edərək görkəmli sənətkarın mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açdılar. Bildirildi ki, Prezident İlham Əliyevin bu il avqustun 15-də imzaladığı sərəncamla Gülxar Həsənovanın yubileyi münasibətilə silsilə tədbirlər keçirilir, xatirəsi ehtiramla olunur.

Qeyd olundu ki, Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən unudulmaz obrazlar yaradıb, uzun illər aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb. Ölməz sənətkar səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli obrazlar qalereyası yaradıb.

Vurğulandı ki, Gülxar Həsənovanın yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən Gülxar Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Onun sənət fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Sonda ailəsi adından mərhumun bacısı oğlu Mail Əliyev çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb