Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
858

Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq

2019-cu il martın 18-də Azərbaycan Respublikasının Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) ölümünün 40 ili tamam  olur.

Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutmuşdur.  O, hələ yeniyetmə  vaxtlarından xanəndəliyə başlamış, tanınmış sənətkar  İslam  Abdullayevdən dərs almışdır. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir.

Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqa xidmət etmişdir.

Xan Şuşinski müstəsna  istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmış, Azərbaycan muğamlarını zənginləşdirmiş, bir neçə muğama yeni xallar, güşə və şöbələr əlavə etmişdir. Klassik xanəndələrin ənənələrinin layiqli davamçılarından  olan  istedadlı sənətçi  oxuduğu muğamlarda gəzişmə və zəngülələrdən məharətlə istifadə etmişdir.

 O, 1924-cü  ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə,  muğam  sənətini  ayrı-ayrı  xalqların  nümayəndələrinə  sevdirə  bilmiş  və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir.  Vaxtilə onun  böyük  məharətlə  ifa  etdiyi  “Qarabağ şikəstəsi”, “Bayatı şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına əbədi həkk olunmuşdur. 

Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirmişdir. Müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları dillər əzbəri olmuşdur. O, öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Üzeyir Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.

1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə  sənətkarın çıxışı  yüksək  qiymətləndirilmişdir.

Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi olmuşdur. Milli muğam ifaçılığı məktəbinin yüksək  ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə, bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin  inkişafına  sərf etmişdir.

1943-cü ildə o, milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur. 

Xan Şuşinski 1979-cu il martın 18-də vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

18 mart 2019-cu il tarixində saat 12.00-da İkinci Fəxri Xiyabanda Xan Şuşinskinin ölüm günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaqdır.

XƏBƏRLƏR

15.06.2019 11:25
Tovuzda Milli Qurtuluş günü qeyd olunub
15.06.2019 11:02
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək
15.06.2019 10:37
Azərbaycan rəssamlarının əsərlərinin ilk Respublika satış-sərgisi açılıb
15.06.2019 10:26
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb
15.06.2019 10:23
Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş olunub
14.06.2019 16:58
Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi
14.06.2019 16:50
Gəncədə muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə kurslar təşkil olunub
14.06.2019 14:53
Milli Qurtuluş Günü Sabirabadda təntənəli şəkildə qeyd edildi
14.06.2019 14:35
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
14.06.2019 14:22
Mərkəzi İncəsənət məktəbində görkəmli musiqiçilərin ustad dərsləri keçirildi
14.06.2019 10:19
Milli Qurtuluş Günü Ağstafada təntənə ilə qeyd olunub
14.06.2019 09:15
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
13.06.2019 18:37
Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir
13.06.2019 15:27
Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu
13.06.2019 15:11
Gəncədə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib
13.06.2019 10:17
Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın yubiley gecəsi keçiriləcək
13.06.2019 10:01
Qusarda “Oxu Günü” keçirilib
13.06.2019 09:37
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
13.06.2019 09:34
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
12.06.2019 17:24
“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb
12.06.2019 16:51
Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
12.06.2019 16:01
Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub
12.06.2019 14:27
Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
12.06.2019 14:22
Sumqayıtın musiqi məktəblərinin hesabat konsertləri keçirilib
12.06.2019 12:05
Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub
11.06.2019 17:47
Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb
11.06.2019 17:45
Gəncədə “Mədəniyyət həftəsi” “Dönməz iradə” adlı seminarla başlanıb