Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
610

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatdı

İyulun 10-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının sonuncu iclası keçirildi.

Sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev giriş sözündə on gün ərzində Bakıda çox mühüm məsələlərin müzakirə edildiyini, vacib qərarların qəbul olunduğunu vurğuladı. Nazir gərgin çalışan sessiyanın katibliyinə minnətdarlığını bildirdi.

Sonra sessiyanın hesabatının qəbul edilməsinə dair qərar layihəsi oxundu və qəbul olundu.

Dünya İrs Mərkəzinin direktoru xanım Metxild Rossler sessiyanın hazırlanmasında, təşkilində, sənəd layihələrinin ərsəyə gətirilməsində zəhməti olan, müzakirələrdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.

Norveç, Tunis, Anqola, Kuba, Burkina Faso, Qırğızıstan, İspaniya, Braziliya, Uqanda, İndoneziya, Macarıstan, Qvatemala, Bəhreyn, Avstraliya, Zimbabve nümayəndə heyətləri təşəkkür nitqi söylədilər. Çin nümayəndə heyəti isə öz minnətdarlıq çıxışını “2020-ci ildə Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasını qəbul edəcək Fuçjouya xoş gəlirsiniz!" çağırışı ilə bitirdi.

Sessiyanın sədri Əbülfəs Qarayev mötəbər tədbirin bağlanışı münasibətilə çıxışına bu sözlərlə başladı: “2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası Bakıda keçirilən zaman son iclasda demişdim ki, heç vaxt indiki qədər minnətdarlıq, təşəkkür sözləri eşitməmişəm. Bu gün də həmin cümləni təkrar edə bilərəm. Bizim işimizə belə yüksək qiymət verdiyinizə, Azərbaycanın qonaqpərvərliyini dəyərləndirdiyinizə görə təşəkkür edirəm. Biz komitə, məşvərətçi qurumlarla birlikdə çalışdıq, bir il ərzində hazırlıq işləri görüldü və bunun nəticəsi olaraq 43-cü sessiya belə rəvan, şəffaf və qarşılıqlı etimad şəraitində keçdi. Bütün bunlar beynəlxalq ictimaiyyətin Ümumdünya İrs Komitəsinin fəaliyyətinə marağını göstərir. Sessiya günlərində Bakıda Gənc Peşəkarlar Forumu, Abidə Menecerləri Forumu da gerçəkləşdi”.

Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, Azərbaycan hökuməti və öz adından UNESKO-nun baş direktoru Odre Arzuleyə, baş direktorun müavini Ernesto Ottone Ramirezə, Dünya İrs Mərkəzinin direktoru Metxild Rosslerə, eləcə də komitənin üzvlərinə və bütün qonaqlara minnətdarlığını bildirdi. Nazir həmçinin sessiyanın keçirildiyi Bakı Konqres Mərkəzinin kollektivinə, köməkçilərə, gənc könüllülərə, media işçilərinə təşəkkürünü ifadə etdi.

Sonda sessiya iştirakçıları xatirə şəkli çəkdirdilər.

XƏBƏRLƏR

16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub