Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
93

Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub

12 iyul 2018-ci il tarixində “Əlil Qadınlar” Cəmiyyətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqının və “Əlil Qadınlar” Cəmiyyətinin birgə təşkilatçılığı ilə seminar keçirilmişdir. Seminar çərçivəsində  xüsusi qayğıya ehtiyacı olan insanların yaradıcı işlərinin fərdi və qrup formasında sərgisi təşkil olunmuşdur.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai əlaqələr söbəsinin sektor müdiri Emil Cavadov, Əlil təşkilatları İttifaqın prezidenti Davud Rəhimli, Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Qorxmaz İbrahimli, Səhiyyə Nazirliyinin nümayəndəsi Rəna İbrahimova, Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyə Quliyeva, Asan Təlim-Tədris Mərkəzinin baş məsləhətçisi, Gənc psixoloqların İB-nin sədri Orxan Oruc, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin könüllü tələbə və magistrları, “Ol” teatrı,  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, əməkdaşları Rafiq Quliyev, Səadət Təhmiraz qızı, Aynurə Xudanlı çıxış edərək bu kimi tədbirlərin təşkili üçün bütün iştirakçı və təşkilatçılara öz təşəkkürlərini bildirmişlər.

  Bildirildi ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılır. Belə ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu” kimi qanunlar qəbul edilmişdir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən azad olmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.

A.Usubəliyev öz çıxışında bildirdi ki, həmin insanların sahəmizdəki fəaliyyətinin heç bir məhdudiyyəti yoxdur, hamımız eyni və bərabərik. Ona görə də bu istiqamətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə yeni layihələr hazırlanacaq və bu səpkidə tədbirlər davam etdiriləcəkdir.

Seminarda 20-yə yaxın xüsusi qayğıya ehtiyacı olan sənətkarın əl işləri, tikmə, qrafika, xalçaçılıq və s. sənət əsərləri nümayiş olunmuş, milli musiqimizin bir-birindən dəyərli nümunələri dinləndirilmişdir.

XƏBƏRLƏR

17.08.2018 18:27
Müslüm Maqomayevin xatirəsi yad olundu
17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru
03.08.2018 17:28
Maestro Niyazinin xatirəsi yad olunub
03.08.2018 10:16
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib
02.08.2018 12:41
Azərbaycan kinosu günündə ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olundu