Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1413

Zaqatala və Ağsu rayonlarında “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar-təlim keçirilmişdir

Mədəniyyət Nazirliyinin təşəbbüsü, Şəki və İsmayıllı Regional Mədəniyyət İdarələrinin təşkilati dəstəyi ilə Zaqatala rayon Suvagil kənd folklor evində və Ağsu rayonu Çiyni kənd klubunda “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq təlim-seminar keçirilmişdir.

Tədbirdə Asif Usubəliyev, Belarus Respublikası Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metodiki Mərkəzin direktoru Oleq Xmelkov,  şöbə müdiri Valentina Volçkova, gənc mədəniyyət işçiləri və rayonun qabaqcıl gəncləri iştirak etdi.

Tədbirdən öncə Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə Asif Usubəliyevi və Belarusiya Respublikasından gələn qonaqları qəbul edərək mədəniyyət sahəsində beynəlxalq təcrübə mübadiləsinin vacibliyini vurğulamış tədbirin həyata keçirilməsinə uğurlar arzulamışdır.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Asif Usubəliyev “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar - təlimin müstəsna əhəmiyyətə malik olduğunu qeyd etmiş, seminarda mədəniyyət işçiləri arasında təşəbbüskarlıq və yaradıcı keyfiyyətlərin inkişafı, yeni peşə səriştələrinin,  qiraət vərdişlərinin formalaşdırılması, əhalinin mədəniyyət müəssisələrinə marağının artırılması və mədəniyyət müəssisələrinin rayonun sosial-siyasi həyatında oynadığı rolun gücləndirilməsi barədə aparılan fikir mübadiləsi və açıq müzakirələrin keçirilməsi bu sahədə çalışan mütəxəssislərin fəaliyyətində daha da böyük inkişafa səbəb olacağını vurğulamışdır.

Daha sonra Metodiki Mərkəzin direktoru Oleq Xmelkov çıxış edərək bildirdi ki, dövlət siyasətinin bir çox istiqamətlərində müşahidə olunduğu kimi, mədəniyyət sahəsində də daim yeni və daha təkmil formatların axtarışı aparılır. Ölkənin və bütövlükdə millətin inkişaf prosesinin uğuru xeyli dərəcədə məhz mədəniyyət sahəsindəki uğurlardan asılıdır. Qeyd etdi ki, mədəniyyət yalnız ənənələrin dəstəklənməsi vasitəsi deyil, cəmiyyətin və dövlətin humanitar inkişafının effektiv alətlərindən biridir. Mədəniyyət sahəsi üzrə həyata keçirilən hər bir layihə gələcəyə xidmət edir və ölkədə yaşayan xalqların humanitar rifahını təmin edir.

Maarifləndirmə İşləri üzrə Mərkəzin şöbə müdiri Valentina Volçkova 2 ölkə arasındakı kənd klublarının fəaliyyəti haqqında danışaraq onların oxşar və fərqli   motivlərini təhlil  etdi.

Eyni adlı tədbir Ağsu rayonunda da keçirilmişdir. Ağsu rayon Çiyni kənd klubunda keçirilən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı (Ağsu rayonu üzrə nümayəndə) Cavanşir Şeydazadə çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulamış və bu kimi beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu