Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

1-Cİ GÜN
20.05 Aeroportda qarşılanma, transfer və Bakıda oteldə yerləşmə 
21.00 Şam yeməyi

2-Cİ GÜN
08.00 Səhər yeməyi oteldə 
09.30 Ekskursiya (nəqliyyatla). Suraxanı qəsəbəsi – Atəşgah
14.30 Nahar.
Bakı şəhərində ekskursiya – İçəri şəhər: orta əsr şəhər-qalası, çoxsaylı məçidlər, ensiz küçələr, hamamlar, karvansaraylar, əntiq, suvenir və xalça dükanları, qalanın ən yüksək nöqtəsində yerləşən Şirvan Şahlar Saray kompleksi, XII əsr Qız qalası –XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikənalər. Müasir Bakı – “yeni azərbaycanlılar” tərəfindən tikilmiş göydələn evlər.
Muzeylər mərkəzi ilə tanışlıq
20.00 Karvansara restoranında şam yeməyi
21.00 Oteldə gecələmə

3-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.00 Azadlıq meydanında toplanış və Quba rayonu istiqamətində hərəkət
10.30 Yolda Hz.Xıdır dağına ekskursiya
12.00 Qədim Şabran şəhərinin qalıqları ilə tanışlıq
13.00 Nahar fasiləsi 
15.00 Cümə məscidi və Xalça muzeyinə ekskursiya, Qafqaz dağlarına tərəf gəzinti (Qırız Dəhnəyə qədər)
Quba soyqırımı məzarlığına ziyarət
20.00 Quba rayonunda gecələmə

4-CÜ GÜN
07.30 Səhər yeməyi 
08.00 Şamaxı rayonu istiqamətində hərəkət 
Şamaxıda gəzinti: muzey, xalça sexi, "Yeddi Günbəz" məscidi, bazar
Nügədi kəndində məscidi ziyarət
Təngəaltı - təngi dərəsi
Afurcadakı Suataq şəlaləsi 
Qonaqkənd kəndi
Şixəlibaba pirinə ziyarət
13:00 Xaltan kəndində nahar fasiləsi
Xaltan aşırımı
Qızmeydan 
Çuxuryurd kəndi
19.00 Şamaxı rayonunun Pirqulu qəsəbəsində gecələmə

5-Cİ GÜN
09:00 Səhər yeməyi 
10.00 Şamaxıdan Bakı şəhəri istiqamətində hərəkət
Diri Baba Türbəsi
Palçıq vulkanı
13.00 Azadlıq meydanında bağlanış mərasimi

Ekskursiya
9:00 Oteldən qonaqların götürülməsi 
9:15 Azadlıq meydanından “City tour”-a başlamaq Cavanşir körpüsünə doğru istiqamətlə
9:30 Azneft meydanı, İcra hakimiyyətinin binası
9:45 Fizuli meydanı, İzmir parkı
10:15 Elmlər Akademiyasının binası
10:30 Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Məşəldən Bakı panoramasını seyr etmək
11:15 İçəri şəhərdə gəzinti – Qız qalası və Şirvanşahlar
13:30 Qara şəhərə səyahət
14:00 Nahar yeməyi – Mərdəkan (qoşa qala restoranı)
15:00 Mərdəkan qalası
16:00 Qala etnoqrafik muzey kompleksi
17:00 Atəşgah od məbədi
18:00 Şəhərə qayıdış

1-Cİ GÜN
20.05 Aeroportda qarşılanma, transfer və Bakıda oteldə yerləşmə 
21.00 Şam yeməyi

2-Cİ GÜN
08.00 Səhər yeməyi oteldə 
09.30 Ekskursiya (nəqliyyatla). Suraxanı qəsəbəsi – Atəşgah
14.30 Nahar
Bakı şəhərində ekskursiya – İçəri şəhər: orta əsr şəhər-qalası, çoxsaylı məscidlər, ensiz küçələr, hamamlar, karvansaraylar, əntiq, suvenir və xalça dükanları, qalanın ən yüksək nöqtəsində yerləşən Şirvan Şahlar Saray kompleksi, XII əsr Qız qalası –XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikanələr. Müasir Bakı – "yeni azərbaycanlılar" tərəfindən tikilmiş göydələn evlər. Muzeylər mərkəzi ilə tanışlıq.
17.00 Yanardağa (təbii qazla yanan) səyahət və Bakıya geri dönmə
20.00 Milli restoranda folklor şousu ilə şam yeməyi
21.00 Oteldə gecələmək

3-CÜ GÜN
07.30 Səhər yeməyi oteldə 
09.00 Xəzər dənizindən 65 km məsafədə və Bakının cənubunda yerləşən Qobustan qayaüstü rəsm muzeyinə səyahət.
Burada Böyük İsgəndərin ordusu və Roma legionerləri tərəfindən qravüra olunmuş, Daş Dövründən qalmış, minlərlə qayaüstünə həkk olunmuş insan, qayıq, heyvan və ov səhnələri rəsmləri var. Burada davam edərkən fəaliyyətdə olan palçıq vulkanlarını görmək olar
20.00 Şam yeməyi
22.00 Oteldə gecələmə

4-CÜ GÜN
07.30 Səhər yeməyi 
08.00 Azərbaycanın şimal-qərbində yerləşən Qafqaz dağlarına səyahət. Burada quru landşaftdan sonra sıx meşəli dağlıq zona gəlir. Burada mərkəzi Şirvan olan Şamaxı şəhərinə, Azərbaycanın əl işləri sənətinin mərkəzi, Böyük Qafqaz dağlarında yerləşən gözəl Lahıc kəndinə səyahət. Ekskursiya marşrutu Mərəzədə yerləşən Diri Baba mağarasına, Cümə məscidinə (hansı ki, hal-hazırda rekonstruksiya edilir və gələn il açılışı gözlənilir) və Yeddi Günbəz abidəsinə ziyarətlə davam edir. Sonra Antik Albaniyanın qədim paytaxtı olan Qəbələ şəhərinə səyahət. Ekskursiya Şəki şəhərinə səyahətlə davam edir
20.00 Restoranda şam yeməyi.
21.00 Oteldə gecələmə 

5-Cİ GÜN
10.00 Yerli meyvələr və ədviyyatlar olan yerli şərq bazarına səyahət 
12.00 Bələçisi ilə birlikdə yerli meyvələr və ədviyyatlar olan yerli şərq bazarına səyahət.Ekskursiya Şəki Xanlarının möhtəşəm freskalarla və rəngarəng şüşələrlə bəzədilmiş Yay Saraylarına, Şəki muzey ve saraylarına, yerli Tarix və İncəsənət muzeylərinə səyahət davam edir.Yerli “Şəbəkə” mağazasının produktları ile tanışlıq.Nahardan sonra şəhərdən 12 km məsafədə yerləşən Kiş kəndinə və e.ə 1 ci minillikdə tikilən Antik Alban Xristian Kilsəsinə səyahət.
20.00 Milli restoranda şam yeməyi
22.00 Oteldə gecələmə
07:30 Səhər yeməyi
09:00 Gürcüstanla sərhəd keçidənə yola düşmə (Balakən-Laqodexi sərhədi: Mazimçay yoxlanış məntəqəsi)

1-Cİ GÜN
Hava limanında qarşılanma, transfer və Bakıda oteldə yerləşmə 
14.00 Nahar yeməyi 
15.00 Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və Qoruğunda ekskursiya
Qorugun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III miniliyə aid olan qədim insan yaşayış məskənidir. Qala kəndinin ərazisində e.ə III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 orta əsr hamamı, 177-ə yaxın yaşayış evi, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur.
Beş min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günədək qorunub. 2008-ci ildə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi” yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub.

18.00 Otelə dönüş və sərbəst vaxt (arzu olunarsa Bakı şəhərində qisa ekskursiya)
Bakının tarxini əks etdirən qədim qala divarları, “İçərişəhər” qoruğu, Şirvanşahlar sarayı kompleksi, muzeyləri, məscidləri, müasir binaları və yaşıl parkları ilə gələn qonaqları tanış etmək olar. Bakı - orta əsr şəhəri, Şirvanşahlar dövlətinin ikinci paytaxtı. Tarixi küçələr və orta əsr məscidləri. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir. Qazıntılar göstərir ki, bu ərazi hələ bürünc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. İçəri Şəhər ompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız Qalası Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.
20.00 Şam yeməyi (“İçərişəhər”də yerləşən milli restoranlardan birində) 
22.00 oteldə gecələmə

2-Cİ GÜN
07.30 Səhər yeməyi 
08.30 Ağsu şəhərinə yola düşmə: Bakı-Qobustan-Şamaxı-Ağsu (155 km)
Yolüstü Qobustanda (Mərəzədə) yerləşən Diri Baba türbəsində, Şamaxıda yerləşən Yeddi Günbəz türbələr kompleksində qısa ekskursiya. Daha sonra Ağsu dolayları ilə otelə doğru hərəkət olunacaq. Ağsu dolaylarından açılan gözəl mənzərələr hər bir kəsi valeh edəcək.
Diribaba türbəsi – Qobustan şəhərində dağın döşündə tikilmiş ikimərtəbəli türbədir. Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycanmemarlığı tarixində xüsusi yer tutur. Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri vardır. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və sairəni göstərmək olar.Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi 1402-ci il kimi göstərilmişdir. Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.
Yeddi günbəz türbəsi - Şamaxı şəhərindən 3 km aralıda yerləşir. Yeddi günbəzdən ibarətdir. XVIII əsrin axırlarına XIX əsrin əvvəllərinə aid abidələrin əsasən xanların şəxsi ehtiyacları üçün tikdirdikləri binalardan ibarət olmuşdur. Bu qrup tikintilər sırasında Şamaxı qəbristanlığındakı “Yeddi günbəz” adlı məşhur türbələr də daxildir. Hazırda “Yeddi 
günbəz” türbələrindən dördü qalmışdır, qalan türbələr isə qalmamışdır. Türbələrin axırıncı Şamaxı xanı Mustafanın ailəsinə mənsub olan şəxslər üçün tikildiyi məlumdur. Türbələrdən birinin üzərində olan kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılmışdır. Həmin türbənin üzərində onu tikən memarın adı da vardır. Memar özünü kitabədə “Usta Tağı memar” adlandırır. “Yeddi günbəz” türbələri ümumiyyətlə Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə deyil, adi günbəzlə örtülmüşdür.
13.00 Şərədil otelində (Ağsu dolaylarında yerləşir) yerləşmə
13.30 Nahar yeməyi
15.00 Son Orta əsr Ağsu şəhərində ekskursiya və arzu olunarsa aparılan qazıntı işlərində iştirak
Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xaraba şəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüclü, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir. Bir sıra hərbi-siyasi amillərlə əlaqədar Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı olmaq statusu gah Şamaxıya, gah da Fitdağa keçib. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin komandanlıq etdiyi Qacar ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub. 
Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla 39,8 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və torpaq valdan ibarət çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir. Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir. 
Orta əsr Ağsu şəhəri ətrafında 4 qəbiristanlıq var. Onlardan daha yaxşı qalanı şimal-qərb istiqamətindəki qəbiristanlıqdır. XVIII əsrin sonlarına aid olan bu qəbiristanlıqda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub.
Abidədə ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Əsasən, kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir. 
2010-cu ilin mart ayından etibarən MİRAS İctimai Birliyinin təşəbbüsü və Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb. Burada beş sahədə üst-üstə təqribən 3500 kvadratmetrə yaxın ərazi öyrənilib. Hazırda Ağsuda genişmiqyaslı arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq ekspedisiya rəhbərliyi aşkar olunmuş tapıntıların konservasiya edilərək gələcək nəsillər üçün qorunması istiqamətində də ardıcıl iş aparır.
2011-ci il "Orta əsr Ağsu şəhəri: Sənətkarlıq məhəlləsi" sərgi kompleksinin açılışı olub. Muzeyin ən maraqlı xüsusiyyəti qazıntıların aparıldığı sahədə inşa edilməsidir. Muzey orta əsr məhəllə həyatını özündə əks etdirir.
20.00 Şam yeməyi 
22.00 Oteldə gecələmə

3-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.00 Şəmkir şəhərinə yola düşmə: Ağsu-Göyçay-Ağdaş-Yevlax-Gəncə-Şəmkir (266 km)
12.00 Gəncə şəhərində qısa ekskursiya və çay/kofe fasiləsi (Azərbaycana aid milli təamların verilməsi - Azərbaycanın milli şirniyyat məmulatı üç qrupa bölünür: unlu, karamelə oxşar və konfetə oxşar məmulatlar. Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şəkərçörəyi, Bakı qorabiyyəsi, Azərbaycan nanı, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şamaxı mütəkkəsi, Naxçıvan paxlavası və s. aiddir. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur. Bununla belə, hər zonanın özünə məxsus xüsusi şirniyyat məmulatı vardır.)
13.30 Şəmkirdə otelində yerləşmə
14.00 Nahar yeməyi
15.00 Orta əsr Şəmkir şəhərində ekskursiya
Yazılı mənbələrin təhlili ərəb fəthləri dövründə Şəmkirin artıq bir şəhər kimi mövcud olduğunu göstərir. Böyük İpək yolunun üzərində yerləşən Şəmkir şəhəri IX əsrin ikinci yarısı-X əsrdə yüksəliş keçirərək mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmiş, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşamışdır. Şəmkir şəhərinin inkişaf ahəngi monqol istilası ilə pozulmuşdur. 1235-ci ildə inadlı müqavimətdən sonra şəhəri ələ keçirən monqollar burada böyük qırğın törətmiş, əhalini qılıncdan keçirmişlər. Bu hadisədən sonra şəhər tənəzzül etmiş, bir daha özünə gələ bilməmişdir. Orta əsr Şəmkir şəhərinin xarabalıqları Şəmkirçayın sol sahilində, Azərbaycan Respublikasının Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri onun orta əsr düzən şəhərlər üçün səciyyəvi olan bütün əlamətlərə malik olduğunu göstərir. Şəhər yerinin 2007-ci ildə çəkilmiş topoplanı şəhərin dördbucaqlıya yaxın plan quruluşunu müəyyənləşdirməyə imkan verir. Orta əsr Şəmkir şəhər yerində geniş miqyaslı arxeoloji qazıntılar Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olaraq həyata keçirilir. Orta əsr Şəmkir şəhərində memarlıq və inşaat sənəti yüksək inkişaf mərhələsinə daxil olmuşdur. Arxeoloji qazıntılar nəticəsində xeyli tikinti qalıqları, o cümlədən istehkam tikililərinin, mülki tikililərin qalıqları, şəhər abadlığı ilə bağlı mühəndis qurğuları üzə çıxarılmışdır. Arxeoloji qazıntılardan əldə olunmuş tapıntılar müxtəlif xarakterlidir: əmək alətləri, silahlar, dəmir məmulatı, metal məmulatı, keramika, şüşə məmulatı, sümük və daş məmulatı, bəzək əşyaları, sikkələr. Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar şəhərin inkişafının müxtəlif mərhələləri haqqında, onun müdafiə sistemi, yaşayış evləri və ictimai binaları, şəhər sakinlərinin məişət və təsərrüfatları haqqında yeni, qiymətsiz informasiyanın əldə olunması ilə əlamətdar olub.
Şəmkir arxeoloji ekspedisiyası uçmaq təhlükəsinin yüksək olduğu tikililərdə konservasiya işləri aparmaqdadır.

20.00 Şam yeməyi 
20.30 Oteldə gecələmə

4-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.00 Tovuz rayonunda yerləşən Göytəpə Neolit dövrü yaşayış məskəninə yola düşmə: Şəmkir-Tovuz (40 km)
Göytəpə neolit yaşayış məskəni Tovuz rayonu ərazisində yerləşir. Hal-hazırda Göytəpə ərazisində arxeoloji qazıntılar aparılır. Bu işə Tokio Universitetindən olan arxeoloq mütəxəssislər də qoşulmuşlar. Burada aparılan tədqiqatlar nəticəsində Azərbaycan torpaqlarının ən qədim dövrü ilə bağlı çox ciddi elmi materiallar əldə edilmişdir. Söhbət Qafqazda ən qədim, eramızdan əvvəl 7 minilliyə aid neolit abidəsindən gedir. Bu qazıntılara Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərlik edir. Buradan tapılan materialların təhlili daha geniş aspektdə aparılır. Aşkar edilmiş materiallar və tikili qalıqları neolit dövründə bu topraqlarda güclü inkişafın olduğunu göstərmişdir. Arxeoloji qazıntılar nəticəsində tapılmış Göytəpə neolit yaşayış məskəni Şərq və Qafqaz əlaqələrini özündə əks etdirən çox nümunəvi və parlaq bir arxeoloji abidədir. Hesab olunur ki, bu tapıntı dünya tarixi üçün böyük önəm daşıyır. Ona görə də, 2012-ci ildən etibarən arxeoloji abidədə qazıntılar konservasiya işləri ilə paralel aparılacaqdır.14.00 Nahar yeməyi
15.30 Bakı şəhərinə yola düşmə
20.00 Şam yeməyi
22.00 Bakıda oteldə gecələmə

5-Cİ GÜN
07.30 Səhər yeməyi 
09.00 Oteldən ayrılma, transfer və hava limanından yola salınma

Qeydlər:
Arxeoloji turda individual və ya qrup halında iştirak etmək olar. Qrupun maksimal sayı 20 nəfərə kimi, minimal isə 6 nəfər ola bilər.
Gecələmək üçün yay aylarında baza yaxınlığında çadır düşərgəsi, 3 dəfə yeməklərin veriləcəyi səhra yeməkxanası və hamamı təşkil etmək olar. Və ya ekspedisiyanın bazasında məskunlaşmaq olar (onun şərtlərinə ayrıca baxılmalıdır).

1-Cİ GÜN
Hava limanında qarşılanma, transfer və Bakıda oteldə yerləşmə 
14.00 Nahar yeməyi
15.00 Sərbəst vaxt (arzu olunarsa Bakı şəhərində qisa ekskursiya)
Bakının tarxini əks etdirən qədim qala divarları, "İçərişəhər" qoruğu, Şirvanşahlar sarayı kompleksi, muzeyləri, məscidləri, müasir binaları və yaşıl parkları ilə gələn qonaqları tanış etmək olar. Bakı - orta əsr şəhəri, Şirvanşahlar dövlətinin ikinci paytaxtı. Tarixi küçələr və orta əsr məscidləri. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ bürünc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. İçəri Şəhər ompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız Qalası Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.
20.00 Şam yeməyi
22.00 Oteldə gecələmək

2-Cİ GÜN
08.00 Səhər yeməyi 
09.30 Ağsu şəhərinə yola düşmə: Bakı-Qobustan-Şamaxı-Ağsu (155 km)
12.30 Turistlərin Şərədil oteldə (Ağsu dolaylarında yerləşir) və ya Ağsu arxeoloji ekspedisiyasının bazasında (Ağsu rayonun Pirhəsənli kəndi) yerləşməsi
13.00 Nahar fasiləsi
15.00 Son Orta əsr Ağsu şəhəri ilə tanışlıq (ekskursiya) 
Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xaraba şəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüclü, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir. Bir sıra hərbi-siyasi amillərlə əlaqədar Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı olmaq statusu gah Şamaxıya, gah da Fitdağa keçib. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin komandanlıq etdiyi Qacar ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub. 
Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla 39,8 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və torpaq valdan ibarət çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir. Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir. 
Abidədə ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Əsasən, kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir. 2010-cu ilin mart ayından etibarən MİRAS İctimai Birliyinin təşəbbüsü və Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb. Burada beş sahədə üst-üstə təqribən 3500 kvadratmetrə yaxın ərazi öyrənilib. Hazırda Ağsuda genişmiqyaslı arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq ekspedisiya rəhbərliyi aşkar olunmuş tapıntıların konservasiya edilərək gələcək nəsillər üçün qorunması istiqamətində də ardıcıl iş aparır. 2011-ci il “Orta əsr Ağsu şəhəri: Sənətkarlıq məhəlləsi” sərgi kompleksinin açılışı olub. Muzeyin ən maraqlı xüsusiyyəti qazıntıların aparıldığı sahədə inşa edilməsidir. Muzey orta əsr məhəllə həyatını özündə əks etdirir.
20.00 Şam yeməyi
22.00 Oteldə və ya bazada gecələmə

3-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.30 Qazıntı işlərində iştirak
11.30 Çay/kofe fasiləsi (Azərbaycana aid milli təamların verilməsi - Azərbaycanın milli şirniyyat məmulatı üç qrupa bölünür: unlu, karamelə oxşar və konfetə oxşar məmulatlar. Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şəkərçörəyi, Bakı qorabiyyəsi, Azərbaycan nanı, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şamaxı mütəkkəsi, Naxçıvan paxlavası və s. aiddir. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur. Bununla belə, hər zonanın özünə məxsus xüsusi şirniyyat məmulatı vardır.)
12.00 Qazıntı işlərində iştirakın davamı
14:00 Nahar yeməyi
15.30 Ağsu şəhəri yaxınlığında yerləşən qədim qəbirstanlıqlara piyada ekskursiya 
Orta əsr Ağsu şəhəri ətrafında 4 qəbiristanlıq var. Onlardan daha yaxşı qalanı şimal-qərb istiqamətindəki qəbiristanlıqdır. XVIII əsrin sonlarına aid olan bu qəbiristanlıqda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub.
20.00 Şam yeməyi 
21.30 Ağsu şəhərində qısa axşam ekskursiyası
Ağsu rayonun inzibati mərkəzi Ağsu şəhəri Şamaxıdan 37 km aralıda Ağsu çayının sahilində yerləşir. Azərbaycanda «Ağsu» adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir: onların hər biri öz mənbəyini qarlı dağlardan götürür, buna görə də «təmiz su, şəffaf su, şəffaf su» mənasını verən «Ağsu» sözü ilə adlanır. Ağsuya gedən yol məşhur Ağsu dolaylarından keçir. Uzunluğu 14 km olan bu aşırımın ən uca nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli panoramı yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsuda toxunan «Bico», «Qəşəd» və «Pirhəsənli» xalçaları çox məşhurdur. Ağsu şəhərinin görməli yerləri sırasında tarixi muzeyini, bu yaxınlarda tikilmiş məscidi və s. göstərmək olar.


4-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.30 Şamaxı şəhərinə yola düşmə: Ağsu-Şamaxı (36 km) (Şamaxı şəhərində, burada yerləşən Tarix-Diyarşünaslıq Muzeyində, Cümə məscidində (VIII əsr), Gülüstan qalasında (XII əsr), Yeddi Günbəz məqbərəsində (XVIII-XIX əsrlər) ekskursiya)
Şamaxı Cümə məscidi - qədim Şamaxı şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Bu məscid 1918-ci ildə ermənilər tərəfindən yandırılmışdır. Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.
Gülüstan Qalası - XII əsrlərə aid qaladır. Qaladan əldə edimiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə - XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. Qala divarları və bürclər kimi saray otaqlar da yarı yonulmuş daşlardan tikilmişdir. Ancaq saray kompleksinin üst qatında yaxşı yonulmuş üzlük daşları işlədilmişdir. Otaqların örtükləri qalmasa da, onların əvvəllər Şirvan-Abşeron memarlığı üçün səciyyəvi olan daş günbəz və tağlarla örtüldüyü güman edilir.
Yeddi günbəz türbəsi - Şamaxı şəhərindən 3 km aralıda yerləşir. Yeddi günbəzdən ibarətdir. XVIII əsrin axırlarına XIX əsrin əvvəllərinə aid abidələrin əsasən xanların şəxsi ehtiyacları üçün tikdirdikləri binalardan ibarət olmuşdur. Bu qrup tikintilər sırasında Şamaxı qəbristanlığındakı “Yeddi günbəz” adlı məşhur türbələr də daxildir. Hazırda “Yeddi günbəz” türbələrindən dördü qalmışdır, qalan türbələr isə qalmamışdır. Türbələrin axırıncı Şamaxı xanı Mustafanın ailəsinə mənsub olan şəxslər üçün tikildiyi məlumdur. Türbələrdən birinin üzərində olan kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılmışdır. Həmin türbənin üzərində onu tikən memarın adı da vardır. Memar özünü kitabədə “Usta Tağı memar” adlandırır. “Yeddi günbəz” türbələri ümumiyyətlə Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə deyil, adi günbəzlə örtülmüşdür.
14.00 Nahar yeməyi
16.00 Lahıc və Basqal qəsəbələrinə yola düşmə
18.00 İsmayıllı rayonu, Qaraqaya kəndi yaxınlığında, Lahıc yolunun üstündə yerləşən Qaya otelində yerləşmə
20.00 Şam yeməyi
22.00 Oteldə gecələmə

5-Cİ GÜN
07.30 Səhər yeməyi 
09.30 Lahıc qəsəbəsinə yola düşmə (Lahıc qəsəbəsində ekskursiya - sənətkarlıq istehsalının qədim mərkəzi)
Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd) qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
13.30 Nahar yeməyi (Lahıcda milli restoranların birində)
14.30 Basqal qəsəbəsinə yola düşmə (Basqal qəsəbəsində ekskursiya)
18.00 Bakı şəhərinə yola düşmə
20.00 Şam yeməyi
22.00 Bakıda oteldə gecələmə

6-CI GÜN
07.30 Səhər yeməyi 
09.00 Oteldən ayrılma, transfer və hava limanından yola salınma

1-Cİ GÜN
H. Əliyev adına hava limanında qarşılanma 
14.00 Nahar yeməyi
15.00 
Şəhidlər xiyabanı
15.30 Bakı şəhərində ekskursiya – İçəri şəhər: orta əsr şəhər Bakı şəhərində ekskursiya – İçəri şəhər: orta əsr şəhər-qalası, çoxsaylı məscidlər, ensiz küçələr, hamamlar, karvansaralar, əntiq, suvenir və xalça dükanları, qalanın ən yüksək nöqtəsində yerləşən Şirvan Şahlar Saray kompleksi, XII əsr Qız qalası –XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikanələr. Müasir Bakı
20.00 Şam yeməyi, Şou proqram
21.00 Oteldə gecələmək

2-Cİ GÜN
08.00 Səhər yeməyi oteldə 
09.00 Bakı şəhərindən çıxış
10.30 Siyəzən rayonu
Xıdır Zində pirində dayanma və pir haqqında məlumat 
12.00 Quba şəhərinə “BƏRPA SPA MƏRKƏZİNƏ” yerləşmə
13.30 Nahar fasiləsi
15.00 Quba şəhəri ilə tanışlıq, erməni qırğını nəticəsində yaranan məzarlığa ziyarət və Diyarşünaslıq muzeyi ilə tanışlıq. Əski-iqrik kəndinin girəcəyində yerləşən 600 yaşlı, hündürlüyü 45 m, gövdəsinin diametri 3 m olan şərq çinarı ilə tanışlıq. Ziyarətçilərə çempion ağaclar haqqında məlumatların verilməsi. 
18.00 “BƏRPA SPA MƏRKƏZİ” -asudə vaxt 
20.00 Şam yeməyi, şou proqram 
21.00 Oteldə gecələmək

3-CÜ GÜN
08.00 Səhər yeməyi 
11.00 Amsar kəndinin mərkəzində yerləşən 750 yaşlı, hündürlüyü 35 m, gövdəsinin diametri 1.2 m olan göyrüş ilə tanışlıq, Kəndin mərkəzində, məscidin həyətində yerləşən 500 yaşlı, hündürlüyü 46 m, gövdəsinin diametri 2.3 m olan şərq çinarı ilə tanışlıq. Məscid (XIX əsr) ilə tanışlıq.
Təngəaltı keçidi ilə tanışlıq. Keçidin geologiyası, süxur tərkibi, yaranması haqqında məlumatların verilməsi.
13.00 II Nügədi kəndinin kənarındakı süni göldə, Krım bulağı yaxınlığında piknik
18:00 “BƏRPA SPA MƏRKƏZİ” -Asudə vaxt
20.00 Şam yeməyi, şou proqram
21.00 Oteldə gecələmək

4-CÜ GÜN
08.00 Səhər yeməyi (oteldə) 
09.00 Afurca şəlaləsi ilə tanışlıq. Şəlalə haqqında geomorfoloji məlumatların verilməsi. Yol boyu bitki və heyvanlarla tanışlıq.Kunxırt şəlaləsi ilə tanışlıq. Piknik zamanı ərazinin etnik palitrası haqqında məlumatların verilməsi. Ərazinin bitki və heyvanları haqqında məlumatların verilməsi.
14.00 Nahar yeməyi
15.00 Xınalıq kəndinə ekskursiya.
18.00 “BƏRPA SPA MƏRKƏZİ” -Asudə vaxt
20.00 Şam yeməyi
21.00 Oteldə gecələmə 

5-Cİ GÜN
08.00 Səhər yeməyi 
09.00 Bakı şəhərinə qayıtmaq
10.00 Qədim Şabran şəhəri ilə tanışlıq
12.30 Bakı şəhərinə çatma
13.00 Aeroportdan yola salma

1-Cİ GÜN
Aeroportda qarşılanma, transfer və Bakıda oteldə yerləşmə 
21.00 Şam yeməyi
22.00 
Oteldə gecələmə

2-Cİ GÜN
08.00 Səhər yeməyi oteldə 
09.30 Bakı şəhərində ekskursiya – Heykəltəraşlıq abidələrinin yerləşdiyi əsas meydanlar,
- Dağüstü parkdan şəhərin və Bakı körfəzinin görünüşü,
- "İçəri Şəhər"- şəhərin orta əsrlərə aid hissəsi:
-qala divarları və qüllələr."Qoşa qala qapısı" 
Bakıda orta əsrlərdə əsas şəhər qapıları -orta əsrlərə aid qala " Qız qalası" – Bakının simbolu
-orta əsrlər karvansarayları "Multani" , "Buxari" "2 mərtəbə" -qədim məscidlər, hamamlar, əl işi emalatxanaları və qədim anbarlar -orijinal arxitekturaya və orta əsrlərə aid küçələr -Şirvanşahlar saray kompleksi (Divanxana, əsas tikililər, daç yazılar, Şeyx Səid-Yəhya Bakuvinin mavzoleyi, möhtəşəm məscidlər, sərdabələr və qədim hamamlar) -müasir şəhərin əsas meydanı – "Azadlıq" meydanı
14.00 Şəhərin mərkəzində, milli restoranların birində lanç Burada Azərbaycan mətbəxinin dadlı təamlarının və yerli, məşhur şərabın dadına baxmaq olar. -Bakı şərabçılıq zavoduna səyahət, şərab və spirtli içki məhsulları ilə tanışlıq, həmçinin Azərbaycan şərablarının və konyaklarının dadına baxmaq 
-Məhşur "Tovuz konyak-klub" mağazasına baxış, spirtli içkilərin satışı ilə məşğul olan "Tovuz-Baltia LTD" şərabçılıq şirkətinə səfər 
-Azərbaycanın milli təamları şou proqramı ilə birlikdə, 
"Azərbaycan mətbəxinin və içkilərinin dadına bax" başlığı altında şəhər restoranlarının birində nahar
20.00 Milli restoranda folklor şousu ilə şam yeməyi 
21.00 
Oteldə gecələmək

3-CÜ GÜN
07.30 Səhər yeməyi 
Şamaxı şəhərinə yola düşmə
( yerli şərabçılıq müəssisəsinə ekskursiya və Şamaxı regionunda şərabçılığın inkişafı ilə tanışlıq )
Ekskursiya vaxtı marşuruta uyğun olaraq, ekskursiya proqramında təklif olunan səyahətlər: -Mərəzə qəsəbəsində yerləşən , XV-ci əsrə aid “Diri Baba” mavzoleyi - XX-ci əsrə aid “Cümə” məscidi və Şamaxıda yerləşən, XVIII – XIX əsrlərə aid “Yeddi Gümbəz” tarix mavzoley kompleksi -Milli təamların və yerli “Şirvan” şərablarının dadına baxmaqla, turist komplekslərinin birində lanç
Şamaxı – Muğan Niyaldağdan gözəl mənzərə-İsmayıllı-Vəndam-Qəbələ (90 km.) ekskursiya proqramına Bunud-Xəzrə qəsəbəsi yaxınlığında yerləşən, orta əsrlərə (XV-XVI əsrlər) aid muzeylərə və Nohurqışlaq qəsəbəsində yerləşən Nohurgöl gölünə səyahət)
-Qəbələ şəhərində yerləşən “Karvan” turist otelinə baxış
Müxtəlif təamların və yerli spirtli içkilərin dadına baxmaqla, Karvan otelinin həyətində yerləşən “Aleksandr Düma” restoranında şam yeməyi

4-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.00 Təyin olunmuş marşrut üzrə Qərb regionunun milli şərabçılıq regionlarına ekskursiya : Qəbələ-Ağdaş-Yevlax-Göygöl (170 km) marşrut müddətində - ekskursiya proqramına Nic qəsəbəsində yerləşən, orta əsrlərə (XVI-XVIII əsrlər) aid Xrisitan “Jotary kilsəsi” məbədinə səyahət.Burada həmçinin qədim Qafqazın udin tayfası yaşayır.
14.00 - Yerli təamların və məşhur Göygöl şərabının dadına baxaraq, Göygöl şəhərində etnik Helenendorf restoranında lanç
16.00 Yerli şərab və konyak məhsulları ilə tanışlıq, həmçinin Göygöl şəhərində yerləşən keçmiş Alman koloniyası olan Helenendorf –la qısa proqram
18.00 - Gəncə şəhərinə gəlmə və yerli Gəncə otelində yerləşdirmə
20.00 - Gəncə-Əyləncə restoranında (10 km) nahar, şərab və milli mətbəxin dadına baxmaq
21.30 - Gəncə şəhərində qısa axşam ekskursiyası 

5-Cİ GÜN
07.30 Otelin restoranında səhər yeməyi 
Marşrut üzrə ekskursiya :Gəncə-Şəmkir-Tovuz
Tovuz şəhərinə gəlmə və “Tovuz-Baltia LTD” şirkətinin məhsulları ilə tanışlıq
Tovuzdan Şəmkirə getmə (40 km)
Şəmkir şəhərində etnik Helenendorf restoranında lanç
Bakiya yola düşmə

6-CI GÜN
07.30 Səhər yeməyi 
09.00 Aeroportdan yola salınma

1-Cİ GÜN
H. Əliyev adına hava limanında qarşılanma 
21.00 Şam yeməyi
22.00 Oteldə gecələmə

2-Cİ GÜN
08.00 Səhər yeməyi oteldə 
09.30 Bakı şəhərində ekskursiya – Heykəltəraşlıq abidələrinin yerləşdiyi əsas meydanlar, Bakıda xalça muzeyi, «Azər-ilmə» xalça sexi
- Dağüstü parkdan şəhərin və Bakı körfəzinin görünüşü,
- "İçəri Şəhər"- şəhərin orta əsrlərə aid hissəsi:
- qala divarları və qüllələr "Qoşa qala qapısı" 
- Bakıda orta əsrlərdə əsas şəhər qapıları 
-orta əsrlərə aid qala " Qız qalası" – Bakının simbolu 
-orta əsrlər karvansarayları "Multani" , "Buxari" "2 mərtəbə" 
-qədim məscidlər, hamamlar, əl işi emalatxanaları və qədim anbarlar 
-orijinal arxitekturaya və orta əsrlərə aid küçələr 
-Şirvanşahlar saray kompleksi (Divanxana, əsas tikililər, daç yazılar, Şeyx Səid-Yəhya Bakuvinin mavzoleyi, möhtəşəm məscidlər, sərdabələr və qədim hamamlar) 
-müasir şəhərin əsas meydanı 
-"Azadlıq" meydanı
14.00 Şəhərin mərkəzində, milli restoranların birində lanç.
20.00 Milli restoranda folklor şousu ilə şam yeməyi  
21.00 Oteldə gecələmək
3-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.00 Quba şəhərinə yola düşmə   
Hz.Xıdır dağına ekskursiya
-Qədim Şabran şəhərinin qalıqları ilə tanışlıq
-Cümə məscidi və Xalça muzeyinə ekskursiya, Qafqaz dağlarına tərəf gəzinti (Qırız Dəhnəyə qədər) Quba soyqırımı məzarlığına ziyarət
-Qubada xalça sexinə səfər   
-Qirmizı Qəsəbə kəndində “Tətbiqi Sənəti Milli Muzey”inə səfər
-Şam yeməyi  
Quba rayonunda gecələmə

4-CÜ GÜN
07.30 Səhər yeməyi  
09.00 
Bakıya qayıdış     
Aeroportdan yola salınma

1-Cİ GÜN
20.05 Aeroportda qarşılanma, transfer və Bakıda oteldə yerləşmə 
21.00 Şam yeməyi

2-Cİ GÜN
08.00 Səhər yeməyi oteldə 
09.30 Ekskursiya (nəqliyyatla). Suraxanı qəsəbəsi – Atəşgah
14.30 Nahar.
Bakı şəhərində ekskursiya – İçəri şəhər: orta əsr şəhər-qalası, çoxsaylı məçidlər, ensiz küçələr, hamamlar, karvansaraylar, əntiq, suvenir və xalça dükanları, qalanın ən yüksək nöqtəsində yerləşən Şirvan Şahlar Saray kompleksi, XII əsr Qız qalası –XIX-XX əsrin əvvəllərində yerli və xarici neft maqnatları (Rotşild, Nobel qardaşları və s.) tərəfindən tikdirilmiş malikənalər. Müasir Bakı – “yeni azərbaycanlılar” tərəfindən tikilmiş göydələn evlər.
Muzeylər mərkəzi ilə tanışlıq
20.00 Karvansara restoranında şam yeməyi
20.00 Oteldə gecələmə

3-CÜ GÜN
07.30 Səhər yeməyi 
09.00 Azadlıq meydanında toplanış və Şəki şəhəri istiqamətində hərəkət (START)
12.00 Şamaxı Diri Baba Türbəsi
14.00 Şamaxıda Nahar fasiləsi
20.00 Şəki şəhərində şam yeməyi 
22.00 Şəki şəhərində oteldə gecələmə

4-CÜ GÜN
07.30 Səhər yeməyi 
08.00 Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzini istiqamətində hərəkət
10.00 Daşüz kəndinin yuxarı hissəsindən cənub-qərb istiqamətində Daş bulaq kəndinə hərəkət
Qədim Alban məbədini ziyarət
12.00 Çorqat meşəsində düşərgə salınıb 
13.00 Nahar fasiləsi
15:00 Acınohur gölü istiqamətində hərəkət
17:00 Dincəldikdən sonra geriyə hərəkət
19:00 Daşüz kəndində gecələmə
21:00 Şam yeməyi

5-Cİ GÜN
09:00 Səhər yeməyi 
10.00 Şəkidən Bakı şəhəri istiqamətində hərəkət
Bakıda sərbəst vaxt

6-CI GÜN
07:30 Səhər yeməyi 
09.00 Aeroportdan yola salınma