Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
19.09.2017 12:07
ATMU-da “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilmişdirAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi ilə ali təhsil müəssisəsində “İslam Həmrəyliyi İli”nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda görüş təşkil olunmuşdur.  Maarifləndirici tədbirdə ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırmışdır ki, ölkəmiz ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra ilk üzv olduğu təşkilatlardan biri məhz İslam Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan Respublikası İƏT-nin, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır.Təsadüfü deyil ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. İ.Mədətov qeyd etmişdir ki, tədbirlər paketi çərçivəsində universitetdə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, jurnalist, “525-ci qəzet“in baş redaktoru Rəşad Məcidlə təşkil edilmiş görüş xüsusilə yaddaqalan olacaqdır.       ATMU ailəsi tərəfindən səmimi qarşılandığı üçün təşəkkür edən  Rəşad Məcid Ulu öndər Heydər Əliyevin İslam həmrəyliyi ideyasının banisi olduğunu tarixi faktlar əsasında şərh etmişdir.Ümummilli lider Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlandığını, dövlət - din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsi istiqamatində, xarici siyasət kursunda məhz  İslam amilinə xüsusi diqqət və önəm verdiyini konkret faktlar əsasında isbatlamışdır. Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını Ulu öndər Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğunu diqqətə çatdırmışdır. ATMU-da R.Məcidlə təşkil olunmuş  maarifləndirici görüşdə iştirakçılar tərəfindən Prezident İlham Əliyevin, o cümlədən “İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir”, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi “Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, önun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə önəm verdiyinin konkret göstəricisidir” kimi dəyərli fikirlərləri səsləndirilmişdir. ..
18.09.2017 17:29
Gəncənin üç dildə turist xəritəsi hazırlanıbMədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Gəncə şəhərinin turist xəritəsi hazırlanmışdır. Respublikamızın ikinci ən böyük şəhəri olan Gəncə şəhəri özünün tarixi-mədəni abidələri və digər infrastruktur obyektləri ilə turistlərin diqqətini cəlb edir. Turistlər bu xəritədən istifadə etməklə Gəncə şəhərinin tarixi və mədəni abidələrlə yanaşı, mehmanxanalar, restoranlar və digər zəruri məlumatlar haqqında məlumatlar əldə edə biləcəklər. Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, və Gəncə şəhərində fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür. 2016-cı ildən başlanılan bu layihə çərçivəsində bugünədək Quba, Qusar, Xaçmaz və Şəkinin turist xəritələri hazırlanmış, digər şəhər və rayonların (Mingəçevir, Qəbələ, Lənkəran, Qax, İsmayıllı, Şamaxı, Bərdə) turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir. ..
15.09.2017 16:00
Mingəçevir Turizm Kollecində Bilik günü keçirilibYeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı.  Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.  Çixışlarda  qeyd olundu ki, son qəbul imtahanlarının nəticələrinə görə  697 nəfər gənc Mingəçevir Turizm Kollecinin tələbəsi olmaq haqqını qazanıb. Onlardan 529 nəfər əyani, 168 tələbə isə təhsilini qiyabi formada davam etdirəcək. Diqqət çəkən məqamlardan biri də o olub ki, kollecə daxil olmaq istəyən abituriyentlər ən yüksək imtahan balları toplamağa nail olub. İstər 9 illik  ümumtəhsil bazasından qəbul olmuş 257 gəncin, istərsə də 11 illik təhsil bazasından qəbul olumuş  440 nəfər  gəncin imtahan göstəricilərində müsbət tendensiyalar qeydə alınıb. Təbrik nitqi ilə  tədbir iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ürək açan son nəticələrin təsadüf olmadığını qeyd edib:    “Ölkə rəhbərliyi səviyyəsində elm və təhsilin inkişafına verilən hərtərəfli dəstək  kollektivimizin önündə yeni perspektivlər açır. Biz müasir tədris-təlim metodlarından istifadə etməklə turizm və mədəniyyət sahəsi üzrə ixtisaslı kadr hazırlığında dinamik uğurlar əldə edirik. Bu uğurlar isə son nəticədə  gənclərin və valideyinlərinin Mingəçevir Turizm Kollecində təhsil almaq istəyinə öz müsbət təsirini göstərir”.   Bilik günü təntənələrində  təhsil ocağının beynəlxalq əlaqələrindən də  geniş söhbət açıldı. Qeyd olundu ki, indiyədək beynəlxalq əməkdaşlıq aparılan təhsil müəssisələrinin  sırasına Belarus və Rusiyanın ali və orta ixtisas təhsil müəssisələrinin adları əlavə olunub. Sankt- Peterburq Turizm Otel Servisi Kolleci, Brest Dövlət Texniki Universiteti  və Polotsk Dövlət Universiteti ilə kollec arasında bağlanmış sazişlər tələbə və pedaqoqlara yeni  fəaliyyət imkanları  yaradır.  Tədbirdə pedaqoq, məzun,valideyin və  birinci kurs tələbələrinin təbrikləri də yer aldı.  Çıxış edən hər kəs  belə bir  ünlü kollektivdə təhsil verməyin və təhsil almağın qürüverici və perspektivli olduğunu qeyd etdi. Qeyd etmək lazımdır ki, tədbir boyu nümayiş olunan bədii proqram iştirakçılara ilk dərs gününün sevinci içində şadlanmaq üçün gözəl fürsət yaratdı . ..
11.09.2017 18:00
Azərbaycanın sədrliyi ilə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilirAzərbaycanın sədrliyi ilə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilir. Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun dördüncü- sonuncu iclası Çin Xalq Respublikasının Çendu şəhərində öz işinə başlamışdır. Qeyd edirik ki, iclas Azərbaycanın sədrliyi ilə keçirilir.  Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən işçi qrupuna, eləcə də BMÜTT-ə üzv ölkələrin 50-a yaxın nümayəndəsi iştirak edir. Ölkəmizi tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.  İşçi qrupunun dördüncü iclasının açılış mərasimində BMÜTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami və işçi qrupunun ilk iclasında sədr olaraq seçilmiş Azərbaycan tərəfindən nazir müavini Nazim Səmədov çıxış etmişdir. İki gün davam edəcək iclas çərçivəsində “Turizmin qlobal etik kodeksi”ni konvensiyaya çevirmək istiqamətində müvafiq mövzular ətrafında son müzakirələrin davam etdirilməsi nəzərdə tutulmuşdur. Daha sonra, Konvensiyanın işçi qrupu tərəfindən razılaşdırılmış yekun variantının BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq üçün təqdim edilməsi nəzərdə tutulmuşdur.   Xatırladırıq ki, BMÜTT-nin 36 üzv ölkəsinin nümayəndəsinin təmsil olunduğu işçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək BMÜTT-nin Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv dövlətlərə məcburi qaydada şamil oluna biləcək “Turizm Etikası üzrə Konvensiya”nın hazırlanmasından ibarət idi.     Sözügedən Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcəkdir. Sözügedən sənəd BMÜTT-nin ilk Konvensiya sənədi olacaqdır. Məlumat üçün bildiririk ki,  Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun iclası sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində keçirilən BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində keçirilir. Tədbir 12 sentyabr tarixində öz işini başa vuracaqdır. ..
08.09.2017 11:23
Çində Dünya Turizm Təşkilatı Baş Assambleyasının sessiyası keçiriləcəkSentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 22-ci sessiyası keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Qurumun saytında yer alan məlumatda bildirilir ki, mindən çox nümayəndəni əhatə edəcək sessiyada BMT-nin Dayanıqlı İnkişafın Məqsədlərinə turizmin töhfəsini necə artırmaq məsələləri müzakirə olunacaq, təşkilatın 2018-2019-cu illərdə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Sessiyanın gündəliyinə turizm və Dayanıqlı İnkişaf Məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, Dünya Turizm Təşkilatının Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada, həmçinin təşkilatın növbəti illər üçün fəaliyyət istiqaməti və əsas prioritetləri müzakirə olunacaq. ..
07.09.2017 12:10
ATMU xarici əlaqələrin genişlənməsində maraqlıdır06 sentyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Peru Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Luis Çanq ilə  görüş keçirilmişdir. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Azərbaycan-Peru əlaqələrindən və iki ölkə arasında mövcud olan münasibətlərin inkişaf tempindən bəhs etmişdir. Struktur rəhbəri söhbət əsnasında diplomat-qonağa  Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyət sferasında önəmli bilinən xarici əlaqələrin tədris, təcrübə, tələbə-müəllim mübadiləsində  əhəmiyyətindən, mövcud planlar çərçivəsində gözlənilən genişlənmə tendensiyasından söz açmışdır. Hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, o cümlədən həlli vacib bilinən problemlər, ikitərəfli əməkdaşlıq perspektivləri və sair məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. ..
07.09.2017 11:16
ATMU-nun “Turizm və Qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının II sayı çapdan çıxıbAzərbaycan Turizm və Menecment Universitetinin “Turizm və Qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının II sayı çapdan çıxıb. Jurnalda Azərbaycanda turizm sahəsinin kadr planlaşdırılması, brend imicinin ixraca təsiri, ali təhsildə kouçinq və mentorluq, mehmanxanalarda müştəri məmnuniyyəti, ölkənin mövcud iqtisadi potensialının yol xəritələrinin perspektiv inkişafında roluna həsr olunan elmi araşdırma nəticələri yer alıb. ..
06.09.2017 16:27
“Şahdağ” Yay Düşərgəsinin bağlanış mərasimi!3 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq təşkil edilmiş beynəlxalq, ingilis dilli “Şahdağ” Yay Düşərgəsinin bağlanış mərasimi baş tutmuşdur. Tədbirdə düşərgədə iştirak edən uşaqlara setifikatlar təqdim edilmiş, onlar üçün musiqili-əyləncəli proqram təşkil olunmuşdur. Xaricdən dəvət olunmuş,  Almaniya, Gürcüstan, Amerika və Rusiya kimi ölkələrdən olan beynəlxalq dərəcəli yüksək ixtisaslı təlimçilərin iştirakı ilə uşaqlara öyrətmə, inkişaf və istirahətin mükəmməl balansı təklif edilən düşərgədə 3 ay boyunca ümumilikdə Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ,  Gürcüstan, Rusiya və Mərakeşdən 160-dan çox uşaq iştirak etmişdir. Mərkəzdə yerləşən “Zirvə” hotelində qalaraq diqqətli və peşəkar işçilərin daimi nəzarəti altında olan iştirakçılar evlərinə möhtəşəm təcrübə, gözəl təəssüratlarla qayıtmışdırılar. “Şahdağ” Yay Düşərgəsinin ən önəmli məqamlarından biri “ASAN” xidmətlə birlikdə təşkil edilmiş xeyriyyəçilik layihəsinin həyata keçirilməsi olmuşdur. Belə ki, “Sevinc paylaşdıqca çoxalır” prinsipinə əsaslanan “ASAN Məktub” layihəsinin birbaşa təşkilatçılığı və dəstəyi Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin dəstəyi ilə respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan 25 uşağın, eləcə də arzu və xəyalları gerçəkləşdirilmiş, onlara xeyriyyə məqsədi ilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilmişdir. İlk dəfə olaraq pilot layihə kimi start götürən “Şahdağ” Yay Düşərgəsinin uğurlu fəaliyyəti nəzərə alınaraq növbəti mövsümlərdə də davamlı olaraq təşkil edilməsi planlaşdırılır. ..
05.09.2017 16:28
“Şahdağ” Turizm Mərkəzində “Urban fest” adlı tədbir keçirilmişdir3 sentyabr tarixində “Şahdağ” Turizm Mərkəzində “Urban fest” adlı tədbir keçirilmişdir. Keçən il təşkil olunan “Graffiti festival”ın davamı olaraq bu il də qraffiti rəssamları 4 metr hündürlüyündə olan beton lövhə üzərində rəngarəng spreylərlə maraqlı rəsmlər yaratmışdırlar. Bununla artıq ikinci dəfədir ki, urban, yəni müasir şəhər mədəniyyətinin bir qolu hesab olunan qraffiti təbiətdə, dağ mühitində təcəssüm olunmuşdur. Bununla yanaşı, Gürcüstan və Rusiyadan da iştirakçıların qatıldığı tədbir boyunca dağ velosipedçiləri, skeytbordçular və rəqqaslar arasında yarışlar keçirilmiş, təşkilatçılar tərəfindən qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim edilmişdir. Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi daim gənclərin sağlam həyat tərzi sürməsi və idmanla məşğul olmasını təbliğ etdiyindən burada idman yönümlü tədbirlərin təşkil edilməsinə xüsusi diqqət ayırılır. Xüsusi ayrılmış velo-cığırlarla yarışan dağ velosipedçiləri və hündürlüyə əsasən maneəni aşmaq üzrə yarışan skeytborçuların adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşatmışdır. Müxtəlif rəqs janrları üzrə çıxış edən rəqqasların performansı isə tədbirin ən yadda qalan və maraqlı anlarından olmuşdur. Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə olan “Şahdağ” Turizm Mərkəzində iyun-sentyabr aylarında davam edən yay mövsümü boyunca xüsusilə gənclərin zövqünü oxşayan fərqli əyləncəli tədbirlər təşkil olunmuşdur. Ənənəvi yay əyləncələri ilə yanaşı bu il Azərbaycanda ilk dəfə olaraq adrenalin həvəskarlarının böyük marağına səbəb olan paraplan xidməti də  Şahdağda istifadəyə verilmişdir. ..