Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
415

2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilmişdir

2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olmuşdur ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri,  62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.

 Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur.

2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4  faiz, 11.2 faiz və 3.8 faiz təşkil etmişdir.   

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olmuşdur.

 2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlmişdir. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilmişdir.

Sevindirici haldır ki,  Avropa, Körfəz və Yaxın Şərq,  Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında  artım baş vermişdir.

 Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://mct.gov.az/az/turizm-statistikasi

XƏBƏRLƏR

16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq
11.01.2018 17:36
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək
11.01.2018 15:31
Azərbaycan Milli Kitabxanasının direktoru Los Anceles şəhər kitabxanasının direktoru ilə görüşmüşdür
11.01.2018 09:53
İrəvan teatrı ötən ili uğurla başa vurub
11.01.2018 09:52
Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub
11.01.2018 09:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub
10.01.2018 18:14
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı
10.01.2018 17:21
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
10.01.2018 17:00
ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək
10.01.2018 16:17
“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub
10.01.2018 11:15
Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
10.01.2018 09:43
“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
10.01.2018 09:16
Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb