Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
481

İlin birinci yarısında Azərbaycana səfər edənlərin sayında artım qeydə alınıb

Müstəqillik dövründə, xüsusilə son on ildə ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur – rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana səfər etməsinə vəsilə olmuşdur. Azərbaycanın əsrarəngiz təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar da dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.

Azərbaycan dövləti turizm sənayesini qeyri-neft sektorunun prioritet sahələrindən hesab edərək bu sahənin inkişafını diqqət mərkəzində saxlayır. Son bir neçə ildə turizmin sistemli şəkildə tərəqqisini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması, Azərbaycan Turizm Şurasının, Milli Turizm Təbliğat Bürosunun yaradılması, habelə Bakıda ilk dəfə olaraq Şopinq festivalın keçirilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Turizm sənayesinin inkişafına yaradılan şərait, Mədəniyyət və Turizm Nazirliyinin bir sıra ölkələrdə turizm nümayəndəliklərinin fəaliyyət göstərməsi ölkəmizə turist axının ildən-ilə artmasına səbəb olmuşdur. Belə ki, 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər etmişdir. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.

Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya         374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutmuşdur. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olmuşdur. Bu dövrdə Türkiyə Respublikasından ölkəmizə 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycana səfər edən ərəb ölkələrindən sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlmişdir.

Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş vermişdir.

         

XƏBƏRLƏR

21.07.2017 15:57
Ukraynada Odessa Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycanın iştirakı ilə panel müzakirələri keçirilib
21.07.2017 15:56
ATMU-da Elmi Şuranın tədris ili üzrə yekun iclası keçirilib
21.07.2017 15:55
“Azərbaycan mətbuatı" adlı oxucu konfransı keçirilib
19.07.2017 14:31
Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun ilk iclası keçirilmişdir
19.07.2017 14:29
Qazax rayonunda bir sıra tədbirlər təşkil olunub
19.07.2017 14:26
Şəkidə “Qala Divarları” ərazisində yay konsertləri davam edir
19.07.2017 14:23
Səyyar seminar-treninqlər davam edir
18.07.2017 14:51
Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub
18.07.2017 14:48
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Penya ilə görüşmüşdür
18.07.2017 11:38
Mədəniyyət və turizm naziri Şəmkirdə vətəndaşlarla görüşüb
18.07.2017 11:37
Xalq rəssamı Tokay Məmmədovun 90 illiyinə həsr olunan gecə keçirildi
17.07.2017 15:34
Musiqili Teatr 107-ci mövsümü premyera ilə başa vurdu
17.07.2017 15:22
Lənkəranda 126-cı teatr mövsümünün bağlanışı olub
17.07.2017 15:17
Füzuli Dövlət Dram Teatrı mövsümə ''Mən Zəhrayam" adlı poetik xalq faciəsi ilə yekun vurdu
17.07.2017 09:55
Xaçmazda keçirilən II Beynəlxalq dolma festivalında 350 növ dolma sərgilənib
17.07.2017 09:53
“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir - “Zəhra”
14.07.2017 17:42
“Günlərdən ŞEİR” adlı layihənin növbəti tədbiri həyata keçirilmişdir
14.07.2017 16:47
Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley komissiyasının iclası keçirildi
14.07.2017 16:45
Qazaxda “Səyyar kitabxana” xidməti təşkil olunur
14.07.2017 16:42
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsrailli həmkarı ilə görüşüb
14.07.2017 16:40
Özbək jurnalistlərin və yazarların Azərbaycana mediaturuna start verilib
13.07.2017 17:12
“Dostluq körpüsü ”II beynəlxalq folklor rəqs festivalının iştirakçıları Quba rayonunda konsert veriblər
13.07.2017 17:11
Azərbaycan Milli İncəsənət Muzeyi “Mədəni İrs: İctimaiyyət və rəqəmsal dövrə keçid” adı altında beynəlxalq konfransda təmsil olunub
13.07.2017 17:09
“Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işləri” adlı layihə həyata keçirilir
13.07.2017 17:06
Kukla teatrı mövsümünü başa vurur
13.07.2017 17:05
Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Yanku (Dan Iancu) və səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan Milli Kitabxanasında olmuşlar
13.07.2017 17:04
Şəkidə “Mütaliə günləri” təşkil olunur
13.07.2017 17:02
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Bişkek şəhərinə səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Qırğızıstandakı səfirləri ilə görüşlər keçirmişdir