Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
974

Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun ikinci iclası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda yeni və təcrübəli əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılmışdır.

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə 12 oktyabr 2017-ci il tarixində təşkil edilmiş İşçi Qrupunun ikinci iclasında Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, habelə Təhsil nazirliklərinin nümayəndələri iştirak etmişlər.

İclası giriş sözü ilə açan nazir müavini Sevda Məmmədəliyeva peşə təhsili istiqamətində fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə yeni yanaşmaların tətbiqi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğunu bildirmişdir.

Qeyd edilənlərdən əlavə toplantıda Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə bağlı həyata keçirilən işlər, təqdim edilən “Turizmlə bağlı nümunəvi peşə standartlarının, peşə standartı üzrə qiymətləndirmə nümunələrinin və turizm müəssisələri üçün nümunəvi təlim standartlarının tətbiqi haqqında” əmr layihəsinin rəsmiləşdirilməsi vəziyyəti, İşçi Qrupunun İş planına, habelə digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilməli məsələlər ətrafında müzakirələr aparılmışdır.

İclasın yekununda Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə əlaqədar müvafiq işlərin sürətləndirilməsi, peşə standartlarına dair əmr layihəsinin aidiyyəti qurumlarla rəsmiləşdirilməsi imkanlarının araşdırılması, təhsilin pillələri üzrə turizm ixtisasları ilə bağlı siyahıda dəyişikliklərin edilməsi haqqında təkliflərin rəy bildirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə göndərilməsi, habelə Strateji Yol Xəritəsinin və digər normativ - hüquqi sənədlərin icrası istiqamətində qarşıda duran vəzifələrin icrasının nəzarətdə saxlanılmaqla sürətləndirilməsi qərara alınmışdır. 

XƏBƏRLƏR

16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq
11.01.2018 17:36
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək
11.01.2018 15:31
Azərbaycan Milli Kitabxanasının direktoru Los Anceles şəhər kitabxanasının direktoru ilə görüşmüşdür
11.01.2018 09:53
İrəvan teatrı ötən ili uğurla başa vurub
11.01.2018 09:52
Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub
11.01.2018 09:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub
10.01.2018 18:14
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı
10.01.2018 17:21
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
10.01.2018 17:00
ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək
10.01.2018 16:17
“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub
10.01.2018 11:15
Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
10.01.2018 09:43
“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
10.01.2018 09:16
Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb