Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3000

"Khaleej Times” nəşri Azərbaycan Milli Xalça Muzeyindən yazır

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu ingilisdilli nəşri – Yaxın Şərq bölgəsi üzrə, eləcə də region üçün mühüm sayılan ölkələrlə bağlı maraqlı yazı və reportajlar hazırlayan "Khaleej Times" qəzetində Azərbaycan Milli Xalça Muzeyi barədə material yayımlanıb.

23 avqust 2019-cu il tarixində dərc olunan “Sehrli xalçalar diyarı olan Bakı ilə tanışlıq” başlıqlı yazıda müəllif Şeyx Ayaz muzeyin yeni binasının gözəlliyi və möhtəşəm memarlığı, eləcə də kolleksiyaların zənginliyi haqqında məlumat verir,

xalçanın və xalçaçılıq sənətinin Azərbaycan xalqının mədəni irsi, məişət və mənəviyyatında xüsusi rolundan bəhs edir. Bildirir ki, Azərbaycan Milli Xalça Muzeyi qədim sivilizasiyanın bu beşiyində xalçaçılığın mənəvi dəyərlərini əks etdirir.

Müəllif yazır: “Azərbaycanlıların arasında belə bir qədim məsəl var: "Xalçamı sərdiyim yer mənim evimdir”. Xəzər sahillərində neft bumu və yüksəliş mərhələsi yaşayan çağdaş dövr başlamazdan çox illər öncə keçmiş bu ölkə xalçaçılıq sənəti ilə tanınırdı. Əfsanəyə görə, çox zaman elə ailə üzvü olan qadının toxuduğu xalça onun gündəlik həyatında mühüm rol oynayaraq və Azərbaycan insanının estetik qavrayışını formalaşdırmağa kömək edərək, insanı bu dünyaya gələndən gedənədək müşayiət edir".

Müəllif Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın sözlərini xatırladaraq deyir ki, Azərbaycan mədəniyyətində xalça evin bəzək elementi, yaxud mərasimlərin bir hissəsi olmaqdan daha böyük anlam ifadə edir. Xalça, daha çox milli xarakterin nadirliyini, xeyli tarixi dövr və üslubların qovuşduğu bədii zövqü əks etdirir.

Yazı müəllif paytaxtımızı "Xəzər sahilindəki Paris" adlandıranlara haqq verərək, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzi kimi, Xalça Muzeyinin binasını da Bakının bəzəyi kimi səciyyələndirir, onu Şərq nağıllarındakı ən qəribə atributa – uçan xalçaya bənzədir.

Qeyd edilir ki, çoxəsrlik xalçaçılıq ənənələrini qoruyub yaşatmaq üçün 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyində minlərlə ən müxtəlif xalça məmulatı, tikmələr, milli qadın və kişi geyimləri, zinət əşyaları qorunur. Azərbaycanın hər bölgəsinin özünəməxsus xalça çeşnilərinin, Bakı, Şirvan, Təbriz, Quba, Gəncə və Qazaxda toxunan xalçaların yüzdən artıq naxış kompozisiyasının olduğu, onların bir-birini təkrar etmədiyi vurğulanır.

Müəllif yazır ki, istənilən azərbaycanlı ailəsinin mənzilində sadəcə, döşəməyə sərilmiş xalça ilə yanaşı, sənət əsəri kimi divardan asılmış xalça da görmək olar. Xalça məmulatlarından pərdə, örtük, ya da süfrə kimi istifadə olunur. Həndəsi naxışları ilə məşhur xalça çeşnilərinin təbiətdən, yerli folklordan, mədəniyyət və ədəbiyyatdan ilhamlanaraq yaradıldığı nəzərə çatdırılır: ““Məsələn, XVII əsrin sonlarına aid "əjdahalı" Qarabağ xalçası qeyri-adi "həyat ağacı" motivi ilə seçilir. "Xətai"  kompozisiyalı xalça qrupuna aid edilən bu xalçalar xarici ölkələrdə çox məşhur olduğundan Səfəvilər sülaləsi dövründə Avropaya daşındığı üçün ölkədə demək olar ki, qalmayıb”.

Əjdahanı şər qüvvənin rəmzi kimi tanıdan qədim mifik baxışlardan fərqli olaraq, bu regionda həm də səma, qəhrəmanlıq və məhsuldarlıq assosiasiyası doğurduğunu xatırladan müəllif yenidən muzeyin direktoruna müraciət edir: "Şirin Məlikova Abşeron rəmzləri salınmış zili xalçalarının qədim məbədlərin qalıqları olan, torpağın od püskürdüyü, güclü küləyinsə Xəzər dənizinin sularını coşdurduğu, yəni kainatın dörd ünsürünün qovuşduğu "müqəddəs torpaq" kimi vəsf etdiyini deyir: "Bu xalçada od rəmzi olan tovuzquşu təsvirini görmək olar".

Müəllif muzey ekspozisiyasında çox bəyəndiyi bir xalçadan da bəhs edir. Leyli və Məcnunun eşq hekayətinə həsr olunmuş xalçada həyatın qaynadığı küçə həyatının fonunda Leylinin yolunu gözlədiyi aşiq Məcnun qolları qandallı təsvir olunub.

Azərbaycanlı qız gəlin köçərkən cehizinin üstündə özünün toxuduğu xalçanı da ər evinə aparırsa, ər evində onun əlindən çıxmış xalça bütün əmlakdan daha dəyərli hesab edilir.

Məqalə Milli Xalça Muzeyinin direktorunun sözləri ilə bitir: "Azərbaycan xalçaları regionun mədəni-coğrafi fonu, yunun keyfiyyəti, xovun uzunluğu və həmçinin müxtəlif təbii boyaqlardan asılı olan naxışları ilə seçilir. Bizim xalçalar Azərbaycan tarixinin bütün mərhələlərini, onun folklorunu, ədəbiyyatını, həmin ərazidə yaşayan xalqlarla bağlı inancları əks etdirir. Xalça – bizim bütün tariximizin salnaməsi, onun mənəvi təcəssümünün məğzidir".     

 

Məqaləni ingilis dilində bu linkdə oxumaq olar:

https://www.khaleejtimes.com/travel/exploring-baku-land-of-magic-carpets

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb