29.08.2019 09:16
Sentyabrın 29-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Kiçik zalında P.İ.Yurqenson Fondunun yaradıcısı Boris Yurqensonun (1949-2015) yubileyinə həsr edilmiş konsert proqramı təqdim ediləcək. Konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin də əsəri daxil edilib.
Konsertdə professor Fərəc Qarayevin fortepiano, klarnet və simli kvartet üçün “Postlüdiya – VIII” əsəri səsləndiriləcək. Əsər “Yeni musiqi studiyası” ansamblı tərəfindən ifa ediləcək. Konsert barədə məlumat, həmçinin Moskva Dövlət Konservatoriyasının saytında yer alıb.