Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4114

Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin sentyabr ayının 20-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Naftalan şəhər Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gəncə şəhər Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) Gəncə şəhəri və Kəlbəcər rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində (Goranboy rayonu, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1

Gəncə şəhəri

Bəxtiyar Muradov

050-534-33-61

022-266-29-51

2

Naftalan şəhəri

Zöhrab Adıgözəlov

055-330-29-23

022-352-30-56

3

Samux rayonu

Süleyman Əliyev

050-687-58-43

022-275-11-39

4

Goranboy rayonu

Gündüz Hacıyev

050-364-94-26

022-245-31-26

5

Kəlbəcər rayonu

Hacı Əmrahov

050-441-84-82

022-261-50-19

6

Xocalı rayonu

Ruslan Bəşirov

050-584-07-09

022-247-47-31

XƏBƏRLƏR

16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu