05.09.2019 02:34
4 sentyabr 2019-cu il tarixində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Sülh ayı” çərçivəsində “Mədəniyyət sülhə səs verir” adlı tədbir keçirilmişdir.
Tədbirdə Beynəlxalq Sülh Günü, Azərbaycan mədəniyyətində sülh, insan haqları mövzularında çıxışlar edilmiş və müzakirələr aparılmışdır.
Tədbir boyu görkəmli bəstəkarlar, xalq artistləri Çövdət Hacıyevin “Sülh uğrunda” simfonik poemasından, Firəngiz Əlizadənin “İntizar” operasından videoçarxlar nümayiş olunmuşdur.