Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2237

Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu

Sentyabrın 12-də Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunma mərasimi keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və ədəbiyyat sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hər bir yaradıcılıq nümunəsinin arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlətimiz bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, burada həm də bir özünəməxsusluq var. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən də yüksək dəyərləndirilir”.

Nazir vurğuladı ki, bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə göstərilən qayğıdır. Hazırda mədəniyyətimiz dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlarda qəbul olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.

Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanın mədəni həyatı maraqlı hadisələrlə zəngindir: "Artıq teatr və konsert müəssisələri mövsümü açır. Bu il də ölkəmizin mədəni həyatı öz zənginliyi ilə seçiləcək. Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı və digər böyük tədbirlər keçiriləcək”.

Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi.

Dövlət başçısının sərəncamları ilə baletmeyster Maqsud Məmmədov və rejissor Mərahim Fərzəlibəyov “Şöhrət” ordeninə, şair Vahid Əziz “Xalq şairi” fəxri adına, rejissor Cahangir Novruzov, müğənni İlqar Muradov, pianoçu Cavanşir Zeynallı, Vidadi Həsənov və Vidadi Əliyev “Xalq artisti” fəxri adına layiq görülüblər. Şair Vaqif Bayatlı Odər, yazıçılar Elçin Hüseynbəyli və Firuz Mustаfа “Əməkdar incəsənət xadimi” fəxri adı, rejissorlar Zülfüqar Abbasov və Oktay Əlizadə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları və “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Bütün təltif olunanları təbrik edən Əbülfəs Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olundu.

XƏBƏRLƏR

05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb