Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2508

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı

"Teatr və konsert müəssisələri yeni mövsümü açmağa hazırlaşır. Yay mövsümündə onlar yeni layihələr üzərində işləyiblər. Bu il də ölkəmizin mədəni həyatı öz zənginliyi ilə yadda qalacaq".

Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri sentyabrın 12-də Muzey Mərkəzində teatr-konsert müəssisələrində yeni mövsümün açılışına həsr olunmuş brifinqdə dedi.

Nazir vurğuladı ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə teatr, konsert müəssisələrin binaları təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. Bu proses bu gün də davam edir. Hazırda İrəvan Azərbaycan Dövlət Dram Teatrında təmir işləri həyata keçirilir. Bildirildi ki, bütün teatrlara yeni səhnə əsərlərinin hazırlanması dövlət sifarişləri verilib. Həmçinin ölkə başçısının müvafiq sərəncamına əsasən bütün teatrlara birdəfəlik maddi yardım göstərilib.

Nazir qeyd etdi ki, sentyabrın 18-də başlayacaq ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında müxtəlif ölkələrdən ifaçı və kollektivlər, o cümlədən Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq. İlin sonunadək ölkəmizdə bir sıra vacib mədəniyyət tədbirləri həyata keçiriləcək.

Əbülfəs Qarayev əlavə etdi ki, Ermənistan hər zaman Azərbaycanın nailiyyətlərinə kölgə salmağa uğursuz cəhdlər edir: "Ona görə də bizim cavabımız yaradıcı prosesin uğurla davam etdirilməsi ilə verilə bilər. Hamımız dərk etməliyik ki, bizim bu sahədə gündəlik mübarizəmiz görünməyən cəbhədə gedir. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işləri daha da gücləndirməliyik. Xalqımız kimsənin yaratdığı mədəni sərvətə, sənət nümunəsinə heç vaxt əl uzatmayıb. Amma bizim sərvətlərə hər zaman əl uzadılıb".

Nazir mədəni tədbirlər zamanı insanların davranışları məsələsinə də toxundu: "Son zamanlar aparılan təhlillər onu deməyə əsas verir ki, bu sahədə müsbət tendensiya var. Məsələn, vaxtilə bizim konsertlər, teatr tamaşaları, tədbirlər zamanı telefon zənglərinin səslənməsi, tamaşaçının da, ifaçının da diqqətini yayındıran belə hallar çox idi. Ancaq indi bunların sayı azalıb, insanlar öyrəşiblər ki, tamaşa, konsert və s. zamanı telefonu söndürmək və ya səsini azaltmaq lazımdır. Mədəniyyətdə həm də belə xırda nüanslardan başlamaq lazımdır. Hər mədəni tədbirə gəliş insanlar üçün mənəvi bayrama çevrilməlidir. Səhnədə çıxış edən insan da həssaslıqla auditoriyadan müsbət aura almaq istəyir. Telefon zəngləri və ya başqa fikir yayındıran hallar bu xoş duyğuları almağa mane olur. Ona görə də çalışmaq lazımdır ki, tədbirin gözəlliyini hiss edəsən. Media nümayəndələri də belə məsələlərdə cəmiyyətin düzgün istiqamətləndirilməsinə çalışmalıdır".

Əbülfəs Qarayev media nümayəndələrinə də çağırış etdi. Qeyd etdi ki, bəzən  mediada sensasiya xatirinə material bir material, kiminsə haqqında mənfi fikrin səsləndirilməsi, əslində, bizim bədxahlarımıza mövzu vermiş olur. Sənət adamlarının hər biri xalqımızın mənəviyyatı üçün çalışırlar, yaradıcılıq üslubları, əsərləri fərqli olsa da. Misal olaraq, bütün rəssamlar eyni cür rəsmlər çəkməlidir? Ancaq kimsə pisdir deməklə nə əldə olunur? Hər musiqiçi eyni tərzdəmi ifa edir? Hər kəsin zövqü fərqlidir. Tənqid də peşəkarlığa əsaslanmalıdır. Daxili etik senzuranı da dinləmək lazımdır. Kiminsə dediyini olduğu kimi yazmaqla iş bitdi demək olmaz. Unutmayaq ki, bizi istəməyən qüvvələr bizi öz silahımızla vurmağa çalışırlar”.

Nazir vurğuladı ki, Azərbaycanın çox zəngin mədəni sərvəti var. Təsviri sənət nümunələri, heykəltəraşlıq əsərlər, abidələrimiz, maddi mədəni irsimiz, Azərbaycan musiqisi – hamısı bizim sərvətimizdir: “Tarixi abidələrimizi qorumasaq, sanki öz doğma əcdadlarımıza hörmətsizlik etmiş oluruq. Mən bir daha sizi bu məsələlərdə ictimaiyyətin maarifləndirilməsinə önəm verməyinizi istərdim".

Əbülfəs Qarayev Azərbaycan əsilli məşhur müğənni Sami Yusufun böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyasının geniş dinləyici auditoriyasında böyük rezonans doğurması barədə fikirlərini də bölüşdü: "Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusuf bu kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirdiyi andan internet məkanında əsl hadisəyə çevrildi. Kompozisiya bu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində ifa olunub. Bu, alqışa layiq bir iş idi. Biz onu o vaxt müəllif hüquqlarına görə yaymadıq. İndi həmin musiqi kompozisiyası barədə yazılan rəyləri, fikirləri oxuyuram və bu çox xoşdur. Yaradıcı insanların işi hər zaman göz önündə olur”.

Sonda nazir jurnalistləri maraqlandıran bır sıra sualları da cavablandırdı.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir